Accessibility links

Rusiya ABŞ-ın sanksiyalarını qeyri-qanuni adlandırıb


Rusiya Birləşmiş Ştatların Çeçenistan prezidenti Ramzan Kadırov da daxil edilməklə, 5 rusiyalıya qarşı tətbiq etdiyi yeni sanksiyaları qeyri-qanuni adlandıraraq, onların düşmənçilik xarakteri daşıdığını bildirib.

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın belə bir addıma lazımi cavab verəcəyini deyib.

ABŞ-ın Maliyyə Nazirliyi çərşənbə günü Ramzan Kadırovu hökumətdəki korrupsiyanı ifşa etməyə çalışan insanları ölümcül repressiyalara məruz qoymaqda ittiham edib.

Nazirlik Ramzan Kadırovu insanların yoxa çıxması və məhkəməsiz qətlə yetirilməsi ilə məşğul olan administrasiyaya nəzarət etməkdə, Dövlət Departamenti isə Kadırovu Çeçenistandakı homoseksuallara işgəncə verilməsində əsas rol oynamaqda ittiham edib.

Birləşmiş Ştatların tətbiq etdiyi sanksiyalar 5 rusiyalının ABŞ-la maliyyə əməliyyatları aparılması və biznes qurmasını qadağan edir.

Sanksiyalar siyahısına Ramzan Kadırovdan başqa daxil olan digər dörd rusiyalı bunlardır: Əyub Katayev, Yulia Mayorova, Andrey Pavlov və Aleksey Şeşenyadır.

Birləşmiş Ştatlar həbsxana müdiri və Çeçenistanın Daxili İşlər Nazirliyində şöbə müdiri oilan Əyub Katayevi insan haqlarını pozma və homoseksuallar da daxil edillməklə, insanları məhkəməsiz qətlə yetirməkdə ittiham edir.

AB Aleksey Şeşenya, Yulia Mayorova və Andey Pavlovu Sergey Maqnitskinin aşkar etdiyi 230 milyonluq vergi saxtakarlığında da ittiham edib.

XS
SM
MD
LG