Accessibility links

ABŞ Ukraynanın zədələnmiş elektrik sistemlərinin bərpası üçün böyük yardım paketi elan edib


ABŞ Ukraynanın zədələnmiş elektrik sistemlərinin bərpası üçün böyük yardım paketi elan edib
please wait

No media source currently available

0:00 0:02:29 0:00

Kyivin növbəti böyük hava hücumuna hazırlaşdığı bir vaxt ABŞ Dövlət katibi Antoni Blinken Ukraynaya Rusiyanın hücumları nəticəsində zədələnmiş elektrik sistemlərinin bərpası üçün böyük yardım paketi elan edib. Bu bəyanat ukraynalıların bu qışdan sağ çıxmasına yardım etmək üçün Rumıniyada keçirilən NATO xarici işlər nazirlərinin toplantısı çərçivəsində verilib.

Qışın yaxınlaşdığı və ölkənin bir çox yerində temperaturun artıq mənfi olduğu bir vaxt Rusiya Ukraynanın enerji sektorunun 40 faizini ya tamamilə məhv edib, ya da zədələyib. Milyonlarla insan istiliksız, işıqsız və susuz qalıb.

Çərşənbə axşamı NATO xarici işlər nazirlərinin Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Ukraynaya yardıma həsr olunmuş iclasında baş katib Yens Stoltenberq Rusiya prezidenti Vladimir Putini qışdan Ukrayna xalqına qarşı silah kimi istifadə etməkdə ittiham edib. "Prezident Putin Ukraynada uğursuzluğa uğrayıb. O, buna daha qəddarlıqla cavab verir - qaz infrastrukturuna, elektrik xətlərinə hücumlar edərək, ukraynalıları sudan, işıqdan, istilikdən məhrum etməyə çalışır".

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bununla razılaşıb. "Bizim transformatorlarımız və generatorlarımız olduqda, sistemimizi, enerji şəbəkəmizi bərpa edə və insanları prezident Putinin məhrum etməyə çalışdığı layiqli həyat şəraiti ilə təmin edə bilərik."

Kuleba həmçinin NATO-nu tez bir zamanda daha çox hava hücumundan müdafiə sistemləri verməyə çağırıb. O, bunun Rusiyanın Ukraynanın infrastrukturu məhv etməsi, Ukraynanın onu təmir etməsi və Rusiyanın yenidən məhv etməsi kimi halqanı qıra bilsin deyə edilməli olduğunu deyib. Rusiya Ukraynanın mülki əhalisini hədəf aldığını inkar edir.

Rumıniyalı həmkarının yanında dayanan ABŞ dövlət katibi Antoni Blinken ABŞ və onun NATO müttəfiqlərinin Rusiyanın təcavüzünə biganə qalmayacaqlarını bildirib. "Rusiya Qara dənizin bəzi hissələrini müharibə zonasına çevirib. Biz Ukraynanın şəhər və qəsəbələrinə hərbi gəmilərdən raketlərin atıldığını görürük. Rusiya qüvvələri Ukrayna limanlarını bağlayıb və bu, əlbəttə ki, son illərdə ən ağır ərzaq təhlükəsizliyi böhranına səbəb olur".

Çərşənbə axşamı ABŞ Ukraynaya elektrik şəbəkəsinə 53 milyon dollardan çox yardım ayrıldığını, bundan əlavə Ukraynada elektrik və istiliyi bərpa etmək məqsədilə generatorların təcili yardımı üçün enerji sektoruna 55 milyon dollardan çox dəstək veriləcəyini bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG