Accessibility links

ABŞ Senatı Ukrayna, İsrail və Hind-Sakit okean regionu üçün 95 milyard dollarlıq xarici yardım paketini təsdiqləyib


ABŞ Senatı Ukrayna, İsrail və Hind-Sakit okean regionu üçün 95 milyard dollarlıq xarici yardım paketini təsdiqləyib
please wait

No media source currently available

0:00 0:03:12 0:00

ABŞ Senatı çərşənbə axşamı Ukrayna, İsrail və Tayvan üçün 95 milyard dollarlq yardım paketini təsdiqləyib. Lakin Amerikanın Səsinin Konqres üzrə müxbiri Katerin Cipsonun verdiyi məlumata görə, qanun layihəsi respublikaçıların çoxluq təşkil etdiyi ABŞ Nümayəndələr Palatasında qəbul edilmək üçün çətin bir yolla üzləşir.

ABŞ Senatı çərşənbə axşamı Ukrayna üçün 60, İsrail üçün 14, və Hind-Sakit okean regionunun ölkələri üçün milyardlarla dollarlıq yardım paketini təsdiq edib. Prezident Co Bayden Respublikaçıların üstünlük təşkil etdiyi ABŞ Nümayəndələr Palatasını qanun layihəsini nəzərdən keçirməyə çağırıb.

“Nümayəndələr Palatasında azlıq təşkil edən ən radikal səslərin bu qanun layihəsinin səsverməyə belə qoyulmasının qarşısını almağa icazə verməməyə çağırıram,” Prezident Bayden deyib.

Nümayəndələr Palatasının spikeri Mayk Conson bazar ertəsi deyib ki, Nümayəndələr Palatası ABŞ-ın immiqrasiya sisteminə dəyişiklik olmadan bu səsverməni keçirməyəcək. Keçmiş prezident Donald Tramp respublikaçıları Ukraynaya daha çox yardım göndərilməsinin əleyhinə səs verməyə çağırandan sonra, bəzi sərhəd təhlükəsizliyi tədbirlərini özündə əks etdirən 118 milyard dollarlıq ikitərəfli razlıq ötən həftə səsvermədən keçməyib.

“Deyək ki, biz bu pulun hamısını veririk. Biz onsuz da Ukraynaya 200 milyarddan çox pul vermişik. Onlar da növbəti üç həftədə Rusiya ilə razılıq əldə edə və birdən-birə bizimlə artıq işləri olmaya bilər,” Tramp deyib.

Demokratlar xarici yardım paketinin təsdiqlənməsini qlobal böhranlarda Amerika rəhbərliyində mühüm məqam kimi alqışlayıblar.

“Bu, Senatın qəbul etdiyi ən tarixi və əhəmiyyətli qanun layihələrindən biridir. Bu qanun layihəsi təkcə bizim milli təhlükəsizliyimizə deyil, təkcə müttəfiqlərimizin təhlükəsizliyinə deyil, həm də demokratiyanın təhlükəsizliynə böyük təsir göstərir,” Senatın çoxluq lideri Çak Şumer deyib.

Respublikaçı qanunvericilər Ukraynaya daha çox yardım göndərməklə bağlı fikir ayrılığı yaşayırlar. Onlar pulun daxili təhlükəsizliyə xərclənməli olduğunu iddia edirlər.

“Bizim dediyimiz o idi ki, administrasiyanın Ukraynaya sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün əlavə 60 milyard dollardan çox pul vermək kimi yüksək prioriteti varsa, biz də düşündük ki, bəlkə də, biz bundan administrasiyanı öz sərhədimizdə təhlükəsizliyi təmin etməyə məcbur etmək üçün istifadə edə bilərik,” Respublikaçı senator Ron Conson deyib.

Ancaq Senatda azlıq lideri Mitç MakKonnel başda olmaqla 22 Respublikaçı Demokratlarla birlikdə səs verərək, ABŞ-ın milli təhlükəsizliyi üçün risklərin çox yüksək olduğunu deyib.

“Bizim müttəfiqlərimiz və tərəfdaşlarımız ümid edir ki, bizim əvəzolunmaz ölkəmiz, azad dünyanın lideri davam etmək əzminə malikdir, və bizim rəqiblərimiz də tamamilə başqa şeyə ümid bəsləyirlər,” MakKonnel deyib.

ABŞ Ukraynaya son yardmını dekabrın 27-də göndərib. Ancaq bir analitikin Amerikanın Səsinə dediyinə görə, ləngimələr Rusiyanı gücləndirir.

“Putin üçün bu, triumfa bərabərdir. Bu Rusiyanın trayektoriyanın qalib tərəfində kimi göstərir. Və bu, Ukraynanı ən azı müharibədə ilişib qalmış və ya dalana dirənmiş kimi göstərir,” Amerika Katolik Universitetindən Maykl Kimmac deyib.

İndi Nümayəndələr Palatasının qanunvericiləri martın əvvəlinə qədər şəhəri tərk etməzdən əvvəl bu həftə üç gün iclas keçirəcəklər.

Forum

XS
SM
MD
LG