Accessibility links

ABŞ-da ara seçkilərin nəticələri hesablanmağa davam edir


ABŞ Senatına hansı partiyanın nəzarət edəəyi hələ ki, bəlli deyil, ancaq hazırda senator olan Mark Kellinin Arizona da əldə etdiyi qələbə ilə Respublikaçı və Demokratlar partiyalarının hər birinin Senatdakı yerlərinin sayı 49-a çatıb.

ABŞ-ın qərbində yerləşən Nevada ştatında seçki rəsmiləri deyir ki, cümə günü axşam saatlarında oradakı səsvermənin nəticələri Demokrat namizəd senator Katerin Kortez Mastonun xeyrinə yaxınlaşıb. O, Respublikaçı namizəd Adam Laksalta qarşı mübarizə aparır. Əgər Kortez Masto qalib gəlsə, Demokratlar Corciya ştatında hələ də bəlli olmayan səsvermə nəticələrindən asılı olmayaraq Senata nəzarət edəcəklər, çünki 100 üzvlük Senatda Demokrat vitse-preident Kamala Harris bərabərliyi pozan səs verə bilər.

Çərşənbə boyu amerikalıların ölkə boyu səsvermədə iştirak etməsindən bir neçə gün keçməsinə baxmayaraq, Konqresin hər iki palatası – Senat və Nümayəndələr Palatasına – kimin nəzarət edəcəyi hələ də bəlli deyil, çünki bir neçə dairədə, xüsusilə də Qərb ştatlarında son nəticələr hələ ki, açıqlanmayıb.

Corciya ştatında səsvermənin nəticələri dekabrın 6-da Demokrat senator Rafael Uornok ilə onun Respublikaçı rəqibi, keçmiş futbol oyunçusu Herşel Uolker arasında ikinci raund seçkidən sonra bəlli olacaq. Səsvermənin ilk raundunda üçüncü namizəd səslərin 2 faizini qazzandığı üçün nə Uornok nə də Uolker tələb olunan 50 faiz səsləri toplaya bilməyib.

Cümə günü Nevadadan olan ən son nəticələr ştatın keçmiş baş prokuroru Laksalt ilə Kortez Masto arasında səsvermənin çox yaxın olduğunu göstərib.

Seçki günündə poçt vasitəsilə göndərilən səslər şənbə gününədək çatdığı təqdirdə hesablana bilər. Həmin ştatda rəsmilər bütün səsləri cümə axşamınadək hesablamalıdırlar.

Həm Nevada həm Arizona çox sayda poçt vasitəsilə göndərilən səs olduğu üçün onları hesablamaq daha uzun vaxt tələb edir. Belə ki, seçki rəsmiləri seçki bülletenindəki imzaları seçici qeydiyyat siyahısındakı imza ilə qarşılaşdırmalıdırlar.

Arizonada sandıq işçiləri də hələ də qubernator və Nümayəndələr Palatasındakı üç yer uğrunda səsvermənin nəticələrini hesablamağa çalışırlar.

Ştatın qubernatoru vəzifəsinə Respublikaçı namizəd Arizonanın əhalisi ən çox olan Marikopa mahalında seçki rəsmilərini Demokratların olduğundan daha yaxşı nəticələr əldə etdiyinə dair bir mənzərə yaratmaq üçün səsvermə nəticələrini qəsdən ləngitməkdə günahlandırıb.

Mahallın Müşahidə Şurasının respublikaçı sədri Bill Geyts isə bu ittihamı rədd edib və deyib ki, işçilər gündə 14-18 saat çalışırlar və həftə sonu da işləməyə davam edəcəklər.

“Arizonada işlər belə işləyir və onillərdir bu belədir,” o deyib və əlavə edib ki, “Biz əlimizdən gələni edirik və hələ də dəqiqliyi qoruyub saxlayırıq.”

XS
SM
MD
LG