Accessibility links

ABŞ senatorları Rusiya üçün xüsusi beynəlxalq tribunal yaradılmasını təklif edib


Senator Ben Kardin
Senator Ben Kardin

ABŞ-ın iki təcrübəli senatoru Rusiyanın Ukraynaya qanunsuz təcavüzü ilə bağlı cinayətlərə görə məsuliyyətə cəlb edilməsi üçün xüsusi beynəlxalq tribunal yaradılmasını təklif edib.

Bu təşəbbüslə qətnamə layihəsini demokrat senatorlar - Senatın Xarici Əlaqələr Komitəsinin yüksək vəzifəli üzvü Ben Kardin və Senatın Xarici Əlaqələr və Silahlı Qüvvələr Komitələrinin üzvü Tim Keyn çıxış edib.

Senatorlar xüsusi tribunalın yaradılması zərurətini onunla izah ediblər ki, nə Ukrayna, nə də Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsini ratifikasiya etdiyi üçün məhkəmə bu məsələ ilə bağlı yurisdiksiyaya malik deyil.

Qətnamə layihəsində iddia olunub ki, Rusiya silahlı qüvvələri "Buça, İrpin, Xerson, İzyum, Mariupol, Dnepr və Ukraynanın Rusiya Federasiyası tərəfindən işğal edilmiş digər şəhərlərində zorlama, məhkəməsiz qətllər, qanunsuz zorakılıq və dinc əhaliyə qarşı hədələr daxil olmaqla, kütləvi vəhşiliklər törədib".

Sənəddə deyilib ki, Rusiya silahlı qüvvələri "Ukrayna vətəndaşlarını qorxutmaq üçün mülki infrastrukturu qəsdən hədəf alır".

Qətnamə vəhşiliklərə görə günahı birbaşa prezident Vladimir Putinin üzərinə qoyub və Ağ Evi BMT Baş Assambleyasını cavabdehliyi ən yüksək səviyyədə təmin etməsini təklif etməyə çağırıb.

Qətnamədə deyilib ki, "Rusiya Federasiyası Ukrayna dövlətinə aşkar təcavüz edib və onun rəhbərliyi buna görə cavab verməlidir".

Senatorların fikrincə, "beynəlxalq ictimaiyyət bu vəhşiliklərə görə məsuliyyət daşıyanları, o cümlədən Rusiya prezidenti Vladimir Putini və Rusiya Təhlükəsizlik Şurasının bütün üzvlərini öz əməllərinə görə məsuliyyətə cəlb etməlidir".

Sənəddə, həmçinin Birləşmiş Ştatlar Ukraynadakı təcavüzə rəhbərlik edən və ona icazə verən Rusiya Federasiyası liderlərinin məsuliyyətə cəlb edilməsi üçün xüsusi beynəlxalq tribunalın yaradılmasını dəstəkləmək üçün beynəlxalq təsisatlarda öz səsindən və səsvermədən istifadə etməyə çağırılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG