Accessibility links

Milyonlarla amerikalı tam günəş tutulmasını seyr etmək üçün bir araya gəlir


Sinoptiklərin havanın buludlu olacağı barədə xəbərdarlığına baxmayaraq, bazar ertəsi Meksikadan ABŞ və Kanadaya uzanan dar dəhliz boyunca milyonlarla insan günəşin tam tutulmasının izlənilməsini səbirsizliklə gözləyib.

Vermont və Men, eləcə də Nyu-Brunsvik və Nyufaundlenddə günəş tutulmasının sonunda yaxşı hava gözlənilir.

Texas və əhalinin sıx məskunlaşdığı bölgələrdə dörd dəqiqədən çox günorta qaranlığının cazibəsi Şimali Amerikanın ən böyük tutulma izdihamını cəlb etməlidir. Şimali Amerikada hava imkan versə, demək olar ki, hər kəs ən azı qismən tutulmanı izləyə bilər.

Klivlendin Böyük Göllər Elm Mərkəzi Milli Hava Xidmətinin meteoroloqu Aleksa Maines bazar günü "Bulud örtüyü proqnoz üçün ən çətin şeylərdən biridir. Heç olmasa qar yağmayacaq" deyib.

Günəşin tam tutulması Ayın günəşin düz qarşısından keçərək, ona tamamilə maneə törətməkdir. Yalnız günəşin xarici atmosferi və ya tacının görünməsi ilə nəticələnən alaqaranlıq quşların və digər heyvanların susması, planetlərin, ulduzların və bəlkə də hətta kometin çıxması üçün kifayət qədər uzun olacaq.

Alaqaranlıq 4 dəqiqə 28 saniyəyə qədər davam edəcək. Bu, 7 il əvvəl ABŞ-da günəş tutulması zamanı olduğundan təxminən iki dəfə uzun olacaq. Belə ki, Ay Yer kürəsinə daha yaxındır. ABŞ belə bir miqyasda tam Günəş tutulmasını 21 ildən sonra izləyəcək.

Forum

XS
SM
MD
LG