Accessibility links

Birləşmiş Ştatlar Pakistanda qadının daş-qalaq edilməsini kəskin qınayıb


Birləşmiş Ştatlar Pakistanda qadının daş-qalaq edilməsini kəskin qınayıb
Birləşmiş Ştatlar Pakistanda qadının daş-qalaq edilməsini kəskin qınayıb

Birləşmiş Ştatlar Pakistanın Orakzay vialyətində bir qadının taliban tərəfindən daş-qalaq edilməsini kəskin qınayıb. ABŞ Dövlət Departamenti bununla bağlı bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, bir qrup adamın etdiyi bu dəhşətli hücum insanlığın bütün normalarının pozulması deməkdir və zorakı ekstremistlərin insan həyatına etinasız münasibətinə bir nümunədir. “İnsanla belə vəhşi və qəddar münasibətə heç cür bəraət qazandırıla bilməz”-deyə bəyanatda bildirilir. İnternetdə yerləşdirilən videoda bir qrup kişinin qadına, o yerdə tərpənməyənə qədər böyük daşlar atdığı göstərilir. Video sonradan Orakzay regionundan çıxarılaraq, Dubayda Əl-An televiziyasına çatdırılıb. Qadının kişi bir yerdə olduğuna görə daş-qalaq edildiyi deyilir.

XS
SM
MD
LG