Accessibility links

ABŞ Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım göndərəcək


Pentaqonun çərşənbə axşamı bildirdiyinə görə, Birləşmiş Ştatlar hava hücumundan müdafiə raketləri, kiçik pilotsuz təyyarələr və zirehli maşınlar da daxil omaqla, Ukraynaya əlavə 400 milyon dollarlıq yeni hərbi yardım göndərəcək.

Müdafiə avadanlığı və xidmətləri tez bir zamanda və bəzən təsdiqdən sonra günlər ərzində Prezidentin İxtisar İdarəsi vasitəsilə ABŞ ehtiyatlarından istifadə etməklə çatdırılır. Silah-sursat ABŞ-ın əlavə ehtiyatlarından göndəriləcək.

Yardımla bağlı məlumat Ukrayna ordusunun ölkəni işğal etmiş Rusiya qüvvələrinə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları ilə eyni bir vaxta təsadüf edir.

ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, yardım “döyüş meydanında Ukraynanın cəsur qüvvələrini gücləndirmək” və “onlara Ukraynanın suveren ərazisini geri qaytarmağa yardım etmək” məqsədi daşıyır.

"Rusiya amansız və qəddar hücumlarını davam etdiyi, Ukraynanın dinc əhalisini öldürməyi və mülki infrastrukturu məhv etdiyi bir vaxt, Ukrayna xalqı öz ölkəsini Rusiyanın təcavüzünndən cəsarətlə müdafiə etməyə davam edir" - deyə, Blinken bildirib.

Yeni yardım paketinə hava hücumundan müdafiə "Patriot" və "NASMS" sistemləri, "Stinger" zenit sistemləri, Yüksək Mobil Artilleriya Raket Sistemləri (HIMARS) üçün daha çox sursatdan tutmuş, "Stryker" zirehli heyət daşıyıcıları və bir sıra digər raketlər və sursatlar daxildir.

XS
SM
MD
LG