Accessibility links

ABŞ-ın "F-16" qırıcılarının Ukraynaya göndərilməsinə razılıq verdiyi bildirilir


Rəsmilərin bildirdiyinə görə, Birləşmiş Ştatlar müttəfiqləri Danimarka və Niderlanda “F-16” qırıcılarını Ukraynaya göndərmələrinə razılıq verib. Ukraynanın Rusiyanın üstün olan hava hücumlarına qarşı çıxmaq üçün uzun müddətdir gözlədiyi təyyarələri nə vaxt əldə edəcəyi məlum deyil.

Niderlandın xarici işlər naziri Vopke Hekstra əvvəllər Twitter kimi tanınan "X" platformasında etdiyi paylaşmasında "Biz Vaşinqtonun Ukraynaya "F-16" döyüş təyyarələrinin göndərilməsinə dair qərarını alqışlayırıq" deyib.

"F-16"-lar ABŞ-da istehsal olunduğu üçün o, təyyarələrlə bağlı əməliyyatları təsdiqləməlidir. Məlumatın açıqlanmasına baxmayaraq, Ukraynanın təyyarələri nə vaxt alacağı məlum deyil. Ukrayna təyyarələri qəbul etməzdən əvvəl onun pilotları geniş təlimlər keçməlidir.

Ukrayna cümə günü səhər Moskvaya pilotsuz təyyarə ilə hücum cəhdi etsə də, Rusiya qüvvələri onun uçuş aparatını vurub.

Rusiya pilotsuz təyyarəni vurduqdan sonra uçuş aparatının parçaları Kremldən 7 kilometrdən az məsafədə yerləşən nəhəng Moskva Ekspo sərgi mərkəzinə düşüb.

Moskva meri Sergey Sobyanin Telegram kanalında bildirib ki, pilotsuz təyyarənin qalıqları Ekspo Mərkəzinin yaxınlığına düşsə də, "əhəmiyyətli ziyan vurmayıb".

Böyük Britaniyanın Müdafiə Nazirliyi cümə günü Ukrayna ilə bağlı gündəlik bülletenində Rusiyanın sentyabr ayından başlayaraq "Ukraynanın işğal olunmuş bölgələrində və bütün Rusiya Federasiyasındakı məktəblər üçün" yeni Rusiya tarixi dərsliyi nəşr edəcəyini bildirib. Nazirlik "X"də "Rusiyanın məqsədi Ukraynanın milli kimliyini sarsıtmaq üçün işğal olunmuş bölgələrdə Kreml yönümlü informasiya məkanı yaratmaqdır" yazıb.

Ukrayna cümə axşamı bildirib ki, əks-hücum əməliyyatı nəticəsində ölkənin cənub-şərqində yeni azad etdiyi Urojayne kəndindən kənara çıxaraq, Rusiyanın nəzarətində olan ərazilərin bir hissəsini geri alıb.

Bu, Azov dənizinə doğru irəliləyiş Rusiyanın işğalçı qüvvələrini yarıya bölmək üçün bir cəhddir.

"[Ukrayna qoşunları] cənub istiqamətində, Urojaynedə uğur qazandı" - deyə, hərbi sözçü Andrey Kovalyov milli televiziyaya bildirib. Lakin ətraflı məlumat verməyib.

Şərqi Donetsk vilayətindəki Urojayne Kyivin iyulun 27-dən Rusiyanın minalanmış ərazilərində çətin və amansız döyüşlər apararaq, geri aldığını dediyi ilk kənddir.

Forum

XS
SM
MD
LG