Accessibility links

Ukraynalı dramaturqun "Mənim anam və genişmiqyaslı işğal" pyesi Vaşinqton teatrında debütünü edib


Ukraynalı dramaturqun "Mənim anam və genişmiqyaslı işğal" pyesi Vaşinqton teatrında debütünü edib
please wait

No media source currently available

0:00 0:03:03 0:00

Ukraynalı dramaturqun "Mənim anam və genişmiqyaslı işğal" pyesi Vaşinqton teatrında debütünü edib

Ukraynalı dramaturq Saşa Denisovanın "Mənim anam və genişmiqyaslı işğal" pyesi sentyabrın 11-də Vaşinqtonun Woolly Mammoth teatrında debütünü etdi. Tamaşa onun yaradıcısının Kyiv yaxınlığında yaşayan 82 yaşlı anası ilə onlayn söhbətlərindən ilhamlanıb.

"Mənim anam və genişmiqyaslı işğal" tamaşasının bu səhnəsində ukraynalı dramaturq Saşa Denisovanın anası prezident Zelenski ilə telefonla danışarkən turşu xiyar olan bankanı Rusiya dronlarına atır.

Anası ilə davamlı söhbətlərdən ilhamlanan Denisova Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı qaranlıq, lakin yumor dolu bir tamaşa yaradıb. Saşa Denisova: "Bu tamaşa Rusiyanın işğalı zamanı Ukraynanı tərk etmək istəməyən anam haqqındadır. O dedi ki, "heç bir yerə getmirəm". Müharibə başlayandan bəri o özünü baş komandan kimi apardı! Zelenski, Makron, Bayden hamısı buradadır. Və anam bütün bunlara cavabdehdir. Tamaşa belə başlayır".

Tamaşanın kədərli mövzusuna baxmayaraq, orada çoxlu çoxlu yumor var. Hətta Vladimir Putin də görünür. Yuri Urnov: "Biz bir tamaşa axtarırdıq. Sonra Saşanın əsərini tapdıq. Bu həqiqətən bir möcüzədir. O, real mesajları, anasının ona Skype vasitəsilə göndərdiyi mesajları bu fantastik reallıqla əlaqələndirib".

Tamaşada təkcə Ukraynadakı hazırkı müharibə deyil, həm də İkinci Dünya Müharibəsi, Avropada nasist işğalı, aclıq, Çernobıl nüvə fəlakəti, alkoqolizm, məişət zorakılığı kimi mövzulara toxunulur. Tamaşanın mərkəzində olan Olqa bunların çoxunu həyatında görüb və yaşayıb. Woolly Mammoth" teatrının bədii rəhbəri Mariya Qoyanes: "Woolly Mammoth"da səhnəyə qoyduğumuz tamaşalarda ən maraqlısı odur ki, biz insanları şeylər haqqında düşündüklərindən bir az fərqli düşünməyə vadar edə bilərik."

Denisova uzun illər Rusiyada işləyib. Lakin Moskva Ukraynanı müdaxilə edən kimi oranı tərk edib. Bu gün o ən vacib şeyin davam edən müharibə haqqında dünyaya danışmaq olduğuna inanır. Saşa Denisova: "Biz də sizin kimiyik. Bizi xilas edin. Ukrayna yaşamalıdır. Ukrayna döyüş meydanında ən yaxşı insanlarını itirməməlidir. Əgər tamaşa zamanı sadəcə bir nəfər ağlayırsa, deməli, biz hər şeyi düzgün etmişik".

Tamaşa Vaşinqtondakı "Woolly Mammoth" teatrında oktyabrın 8-dək nümayiş etdiriləcək.

Forum

XS
SM
MD
LG