Accessibility links

ABŞ katibi Hillari Klinton Çinin xarici işlər naziri Yanq Tsieçi ilə görüşüb


ABŞ rəsmilərinin sözlərinə görə Çİn Cənubi Çin dənizində ərazi mübahisələrini həll etmək üçün qonşu ölkələrlə davranış koduna görə danışıqlara başlaya bilər.

ABŞ rəsmilərinin sözlərinə görə, dövlət katibi Hillari Klinton bu gün Kambocada, ölkəsinin danışıqlarda iştirak edə bilməsinə işarə edən Çin xarici işlər naziri Yanq Tsieçi ilə görüş keçirib. Danışıqlar sentyabr ayında başlaya bilər.

Klinton və Yanq arasında görüş Cənub-Şərqi Asiya Ölkələr Birliyinin konfransı çərçivəsində keçirilib.

Cənub-Şərqi Asiya Ölkələr Birliyinin iclasında çıxışı zamanı xanım Klinton fikir ayrılıqlarını ünvanlamaq üçün şəffaf proseduraların vacibliyini vurğulayıb. O, eyni zamanda ölkələrin zəngin ehtiyatları olan dənizlə bağlı mübahisənin həllində birgə əməkdaşlığın mümkün yollarının tapılması təkliflə çıxış edib.

Bruney, Çin, Malayziya, Filippin, Tayvan və Vyetnam balıqçılıq sənayesi və neft-qaz ehtiyatları ilə zəngin potensiala malik Cənub Çin dənizi ilə bağlı iddialar irəli sürür.
XS
SM
MD
LG