Accessibility links

ABŞ, Cənubi Koreya və Yaponiya rəsmiləri Tokioda görüşüb


ABŞ, Cənubi Koreya və Yaponiyanın yüksək rütbəli rəsmiləri Şimali Koreyanın raket və nüvə silahı inkişafı məsələsində əməkdaşlığı davam etdirəcəklərinə dair razılığa gəlib.

Üç ölkənin nümayəndələri Şimali Koreyaya dair narahatlığı müzakirə etmək üçün bu gün Tokioda görüşüb.

ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Qlin Deyvs Şİmali Koreyanın ölkədə islahatlarla bağlı aparılan danışıqlara baxmayaraq hələ də nüvə silahına malik olduğu ehtimalı ilə fəaliyyət göstərdiyini deyib.

Rəsmilərin bildirdiyinə görə, danışıqlar eyni zamanda Yaponiya və Cənubi Koreya arasında ərazi mübahisəsinə görə son aylar ikitərəfli münasibətlərin bərpasına şans verib.

Yaponiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Şinsuk Suqiyama iki ölkə arasında problemlərin olduğunu, lakin hər iki tərəfin Şimali Koreya məsələsinə dair həmrəy olduqlarını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycanda hərbi helikopter qəzasında 14 hərbçi həlak olub
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG