Accessibility links

Maykl qasırğasının dağıntılara səbəb olacağı proqnozlaşdırılır


Sinoptiklər ABŞ-ın cənub-şərqi Florida ştatına doğru irəliləyən Maykl qasırğasının çərşənbə axşamı sürətlənərək dağıdıcı gücə malik qasırğaya çevriləcəyini proqnozlaşdırır.

Maykl artıq Meksika və Kubada dağıntılara səbəb olub. Sinoptiklər qasırğanın Kubanın qərbinə 30 santimetrə qədər yağış gətirərək, həyat üçün təhlükəli daşqınlar və palçıq sürüşmələrinə səbəb olacağını bildirib.

Maykl qasırğasının çərşənbə günü Florida Panhandle adlanan əraziyə 3-cü kateqoriya ilə çatacağı ehtimal edilir.

Florida qubernatoru Rik Skott 35 rayonda fövqəladə vəziyyət elan edib və bölgəyə 500 Florida Milli Qvardiyası üzvünü səfərbər edib.

PanhandleBiq Bend adlanan ərazinin bəzi hissələrinin saatda 110 km sürətlə əsən küləklərə məruz qalacağı ehtimal edilir. Biz heç bir vaxt ştatın bu hissəsinin belə güclü qasırğaya məriz qaldığını görməmişik. Florida Panhandle ərazisinə gələn Maykl qasırğası on illər ərzində ilk ən dağıdıcı qasırğa ola bilər. Bu qasırğa həyat üçün çox təhlükəlidır” – deyə Rik Skott bildirib.

Skott sakinləri, əsasən sahil ərazilərdə yaşayan insanları məcburi evakuasiya əmrlərini göz ardına vurmamağa çağırıb.

XS
SM
MD
LG