Bəzi körpələrin vaxtından əvvəl doğulmasına nəyin səbəb olduğunu heç kəs bilmir. Bu körpələrin bəzisinin çəkisi 1 kiloqram 500 qramdan aşağı olur. Bu, mikro-körpələr heç cür çəki itirə bilməz. Vaşinqtonda yerləşən Uşaqların Milli Tibb Mərkəzinin mütəxəssislərdən ibarət qrupu belə körpələrin inkişaf etməsinə yardım üçün bir plan hazırlayıb.
Cey Si anadan olanda onun çəkisi 737 qrama yaxın idi. Lakin siz ona indi baxın. O artıq mikro-körpələr bənzəmir. Cey Sinin anası Vanessa Ohakam: “O, o qədər balaca idi ki, mən ona əl vurmağa qorxurdum. Hətta bezini belə dəyişə bilmirdim, çünki o, çox zəif görünürdü. Lakin tibb bacıları çox yardım edirdi və bu, ümid verirdi.”
Normal doğuş vaxtı 39-40 həftə olsa da, Cey Si 24 həftəlik doğulub. Uşaqların Milli Tibb Mərkəzinin neonatal intensiv müalicə şöbəsinin bir qrup mütəxəssisi Cey Si və onun kimi çəkisi az olan körpələrin çəkisinin artmasına və böyüməsinə yardım etməyə çalışır. Uşaqların Milli Tibb Mərkəzindən Mişlend Ridor: “Körpələrin erkən doğulma halları adətən yoxsul ölkələrdə olur.”
Bu körpələrin bədənində piy o qədər az olur ki, onlar enerji itirə bilməz. Onlardan bəzilərini isə inkubatorlarda saxlayırlar. Onların nə yediyi və nə vaxt yediyinə də xüsusi diqqət yetirilir. Keytlin Forsayt: “Bizim burada çalışan həkimlərimiz çox az, 1 kiloqram yarım və ondan da az çəkili körpələri müxtəlif yollarla qidalandırır.”
Burada bütün körpələrə eyni diqqət ayrlıdığı, onların kalori almaları və qidalanmalarına xüsusi diqqət yetirilir, mümkün olduqda isə onlar ana südü ilə qidalandırılır. “Bu, erkən doğulan körpələr üçün daha yaxşıdır. Onlar bunu daha yaxşı qəbul edir və bu qidada çox yaxşı anti-cisimlər var” deyə, Keytlin Forsayt bildirir.
Uşaqların Milli Tibb Mərkəzindən Cudi Kempbell: “Biz ana südünün körpənin inkişafına böyük təsiri olduğunu bilirik. Ana südünü heç nə əvəz edə bilməz.”
Komanda qidalanma prosesini standartlaşdırıb. Körpənin vəziyyətindən asılı olaraq, ana südü yoxdursa, onlar körpəyə ya donor südü, ya da formula verir. Keytlin Forsayt: “Mən çox şadam. Biz standatlaşdırma ilə bağlı bütün tələbləri yerinə yetirdik. Biz eləcə də, körpələrin qıdalandırılması üçün ana südünün miqdarını da artırdıq.”
Lakin komanda hələ də işini bitirməyib. Onlar qidalanma üsullarını daha da yaxşılaşdırmağa çalışır.