Accessibility links

Ötən il 16 uşaq və yeniyetmə intihar edib


“Ötən il yaşı 18-ə qədər olan 16 nəfər intihar edib. Bu rəqəm 30 nəfər təşkil etsəydi, təhlükəli vəziyyətdən danışmaq olardı”.

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov bildirib.

Onun bildirdiyinə görə, Azərbaycanda intihar edən uşaqların sayı elə də çox deyil.

Münaqişəli ailələrdə uşaqlar çox əziyyət çəkir. Məsələn, ata övladını döyür, uşaq isə intihara əl atır.
Fuad İsmayılov

Mərkəz rəhbəri vurğulayıb ki, Azərbaycanda ailədaxili münaqişələr nəticəsində uşaqların intihar etmə halları müşahidə edilir:

“Münaqişəli ailələrdə uşaqlar çox əziyyət çəkir. Məsələn, ata övladını döyür, uşaq isə intihara əl atır. Digər tərəfdən, qonşuda uşaqlarla, sinif yoldaşları ilə problemlər intihara gətirib çıxarır”.

Fuad İsmayılov deyib ki, Azərbaycanda hər 100 min nəfərə 5,3 intihar halı düşür:

“Bu, çox cüzi rəqəmdir. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən Gürcüstanda hər 100 min nəfərə 9,7, Ermənistanda 8,6, Rusiyada 32 intihar düşür”.

Azərbaycanda bəzi ekspertlər deyirlər ki, intiharların dəqiq səbəbi araşdırılmır. Bundan ötrü yeni, müstəqil mərkəzin yaradılmasına ehtiyac var.

XS
SM
MD
LG