Accessibility links

Vərəm əleyhinə aksiya dağıdılıb


Martın 24-də günorta saatlarında Bakının mərkəzində, Fəvvarələr bağında bir qrup fəal şəhər sakinlərinin vərəmə yoluxmaqdan qorunma qaydaları ilə tanış edilməsi aksiyası keçirməyə cəhd edib.

Aksiya Qırmızı Aypara Cəmiyyəti, "Həyat" Beynəlxalq Humanitar təşkilatı və "Sağlamlığa yardım" ictimai təşkilatı tərəfindən planlaşdırılmışdı. Sonuncu təşkilat Ədliyyə Nazirliyində yerləşir, Penitensiar Xidmətlə əməkdaşlıq edir, azadlığa çıxan vərəm xəstələrinin sağlamlığına nəzarət proqramını icra edir.

Aksiya iştirakçıları "Vərəmə yox deyək!" və "Gələcək vərəmsiz gələcək!" şüarları yazılan plakatlarla şəhər sakinlərinə yaxınlaşır, onlara bukletlər təklif edir və sağlamlıqlarının mühafizəsi üçün sadə metodların bilinməsi zərurətini izah edirdilər, bu barədə Turan agentliyinə aksiya iştirakçılarından biri bildirib.

Amma polis tədbiri dağıdıb, fəallara hakimiyyətlə razılaşdırılmamış aksiya keçirilməsinin yolverilməz olduğunu bildirib. Polis hansı qurumdan və hansı icazənin alınmalı olduğunu izah etməyib.

Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyası 2019-cu ilin yanvartında keçirdiyi aksiya
Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyası 2019-cu ilin yanvartında keçirdiyi aksiya

Vərəm əleyhinə sosial reklamın aktuallığı ölkədə bu xəstəliyin yayılması ilə izah olunur. Azərbaycan MDB ölkələri arasında vətəmdən müdafiə haqqında məlumatlılıq məsələsində də ən pis mövqeyi tutur.

Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyası vərəm səviyyəsi yüksək olan ölkələrdə həyata keçirilən beynəlxalq TB-REP proqramı ilə əməkdaşlıq edir. Azərbaycanın regionlarında Koalisiyanın fəaliyyəti uğurlu olub, burada fəallar kampaniyalar keçirir, Milli Məclisin deputatları ilə görüşürdülər.

Martda Milli Məclisdə dinləmələr zamanı Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəisi Rəfael Mehdiyev bildirib ki, 2018-ci ildə penitensiar müəssisələrdə vərəmdən ölüm halları 1995-ci illə müqayisədə 126 dəfə, 2005-ci illə müqayisədə 11 dəfə, 2015-ci illə müqayisədə isə 2 dəfə azalıb.

Mehdiyev qeyd edib ki, bu il nazirliyin müalicə müəssisələrində üç məhbus vərəm, hepatit və QİÇS-dən dünyasını dəyişib.

XS
SM
MD
LG