Accessibility links

Valeri Gerasimov: “NATO-nun Rusiya sərhədləri yaxınlığındakı hərbi mövcudluğu gərginliyi azaltmağa şərait yaratmır”


Dekabrın 12-də Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə Avropa və qlobal təhlükəsizlik sahəsində fikir mübadiləsi aparılıb.

V.Gerasimov NATO-nun Rusiya sərhədləri yaxınlığındakı hərbi mövcudluğunun artdığını qeyd edərək bunun gərginliyi azaltmağa şərait yaratmadığını diqqətə çatdırıb.

Bakıda NATO-Rusiya araslında hərbi hrəbi rəhbərlərin görüşü olub.
Bakıda NATO-Rusiya araslında hərbi hrəbi rəhbərlərin görüşü olub.

Tərəflər bir-birini 2019-cu ildə planlaşdırılan genişmiqyaslı operativ tədbirlərin hazırlığı ilə bağlı məlumatlandırıb.

Tərəflər əlaqələrin davam etməsində maraqlı olduqlarını təsdiq edib.

Körtis Skaparrotti və Valeri Gerasimov ayrı-ayrılıüda Azərbaycan prezidenti tərəfindən qəbul edilib.

Bakıda keçirilən NATO-Rusiya görüşünün əsas diqqət çəkən məqamı 2019-cu ildə tərəflərin planlaşdırdığı genişmiqyaslı hərbi tədbirlər haqında bir-birini məlumatlandırması barədə razılığa gəlinməsidir.
Şahin Hacıyev

Hər iki hərbi rəhbər Bakıda ikinci belə görüşün kecirilməsi üçün şərait yaradıldığına görə Azərbaycan rəhbərinə təşəkkürünü bildirib.

Görüşlərdə NATO və Rusiya ilə Azərbaycan əlaqələri ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyev qlobal təhlükəsizliyə aid olan vacib məsələlərin müzakirə edilməsi üçün bir çox ölkələr arasından Azərbaycanın seçilməsini ölkəsinin regional təhlükəsizlik, inkişaf və sabitliyin təmin edilməsində oynadığı rolun və yürütdüyü siyasətin göstəricisi olduğunu bildirib.

2017-ci ildən etibarən Bakıda ABŞ və Rusiya, NATO və Rusiyanın hərbi rəhbərliyinin görüşləri keçirilir. 2017-ci ilin fevralında ABŞ Baş qərargahlar rəisi ilə Rusiya silahlı qüvvələrinin Baş qərargah rəisi, 2017-ci ilin sentyabrında isə NATO-nun Hərbi komitəsinin sədri ilə Rusiya silahlı qüvvələrinin Baş qərargah rəisi arasında Bakıda görüşlər olub.

“Dost və qonşu ölkələr olaraq, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Azərbaycan və ABŞ arasındakı strateji münasibətlər təhlükəsizlik, enerji və iqtisadi sahədə əməkdaşlığı əhatə edir. Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır və ikitərəfli əməkdaşlığın gündəliyi geniş xarakter daşıyır,“ Azərbaycan Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Şahin Hacıyev
Şahin Hacıyev

Turan Agentliyinin siyasi redaksiyasının resdaktoru Şahin Hacıyev Amerikanın Səsinə bildirib ki, Bakıda keçirilən NATO-Rusiya görüşünün əsas diqqət çəkən məqamı 2019-cu ildə tərəflərin planlaşdırdığı genişmiqyaslı hərbi tədbirlər haqında bir-birini məlumatlandırması barədə razılığa gəlinməsidir. Bu onu görstərir ki, görüşdə gərginliyin azaldılması diqqət mərkəzində olub.

“Belə ki, NATO-nun Baltikyanı, Şərqi Avropa ölkələrində mövcudluğu və Qara dəniz hövzəsində möhkəmlənməsi Rusiya tərəfindən narazılıqla qarşılanır. Eyni zamanda, Rusiyanın Şərqi Ukraynadakı hərbi münaqişədəki iştirakı, Krımın ilhaqı, Qara və Azov dənziində Rusiya ilə Ukrayna arasındakı son gərginlik, həmçinin Cənubi Qafqaz ölkələrində və Dnestryanı bölgədəki münaqişlərdəki rolu NATO tərəfindən tənqidlə qarşılanır”, Hacıyev qeyd edib.

XS
SM
MD
LG