Accessibility links

3 valideyn ABŞ hökumətini məhkəməyə verib


Qanunsuz mühacir valideynlərindən ayrılan 2300-dən artıq uşağın 3 valideyni ABŞ hökumətini məhkəməyə verib.

Valideynlər uşaqlarının harada olduğundan xəbərsizdir

ABŞ prezidenti mühacir uşaqların ailələrinə qaytarılmasına dair sərəncam imzalayıb.

Ağ Evin “sıfır tolerantlıq” siyasətinə əsasən uşaqların qəfəsdə saxlanılan şəkilləri yayıldıqdan sonra hökumət ciddi tənqidlərlə üzləşib.

Lakin sərəncama baxmayaraq, uşaqlarından xəbərləri olmayan ailələr ümidsizliyə qapanıb.

Vəkil Cerom Veseviçin dediyinə görə, onun müştəriləri uşaqlar haqda məlumat əldə etməyə çalışır. O deyib ki, hökumətin məlumat prosedurlarına başlamasına baxmayaraq, valideynlər uşaqlarının harada olduğundan xəbərsizdir.

Ötən cümə günü ABŞ Daxili Təhlükəsizlik Nazirliyi 522 uşağın valideynlərinə qaytarıldığını bəyan etmişdi.

Nazirliyin bəyanatında deyilmişdi ki, ABŞ-ın gömrük və sərhədlərin müdafiəsi bəzi uşaqların sıfır tolerantlıq planına əsasən ailələrinə qaytarılmayacaq.

Texasın Vətəndaş Hüquqları İdarəsi ştatda ən böyük ailə birləşməsi təşəbbüsü ilə çıxış edib. Qurum 381 uşağın ailəsinə qaytarılmasına çalışır.

Bundan əlavə Texasın RioGrande hüquqşünaslar birliyi Mərkəzi Amerikadan olan 3 valideyni qanuni yardımla təmin edir.

Vəkil Cerom Veseviçin dediyinə görə, Qvatemaladan olan ata qızının yerini bilmir. Honduraslı digər bir valideyn 9 yaşlı oğlunun Nyu-Yorka aparıldığını təxmin edir.

Valideynlərə uşaqları ilə bir nüçə dəfə telefon söhbətinə imkan verilib.

2, 6 və 13 yaşlı qvatemalalı 3 uşaq anası uşaqları ilə 2 dəfə 10 dəqiqə telefonla danışdığını deyir.

Məhkəmə sənədlərində deyilir ki, “2 yaşlı uşaq özü haqda etibarlı məlumat verə bilmir. İşçilər isə anaya onların yaxşı olduqları barədə ümumi məlumat verir.

Şikayətçilər uşaqları ilə daha tez-tez danışmalarını tələb edir.

Tibbi ekspertlər və məhkəmə qaydalarına əsasən deyilir ki, uşaqlar zorla valideynlərindən alındıqlarına görə ciddi travma yaşayıb.

Valideynləri olmadan Amerikaya gələn uşaqların sayı 83 faiz təşkil edir.

XS
SM
MD
LG