Accessibility links

Beynəlxalq Valyuta Fondu rüblük hesabatını açıqlayıb


Beynəlxalq Valyuta Fondu qlobal iqtisadiyyatda gözlənildiyindən daha zəif artım müşahidə edildiyi və gələn il üçün proqnozların aşağı səviyyədə qaldığını bildirir.

Vaşinqtonda yerləşən təşkilat qlobal artımın bu il 3,1, 2014-cü ildə 3,8 faiz olacağını proqnozlaşdırır. Hər iki il üçün təxminlər BVF-nun aprel ayında proqnozlarından 0,2% aşağıdır.

BVF-nun dünya iqtisadiyyatının inkişafına dair rüblük hesabatında Çin və Braziliya kimi ölkələrdə artımın azalması, Avropanın avro valyuta blokunun 17 ölkəsindəki dərin tənəzzül və Birləşmiş Ştatlarda gözlənildiyindən daha aşağı artım proqnozlardakı bu dəyişikliyin başlıca səbəbləri olaraq göstərilir.

BVF müqayisə üçün Yaponiya iqtisadiyyatında inkişafın ilk təxminlərə görə daha güclü olduğunu bildirib.

Beynəlxalq Valyuta Fondu dünyada iqtisadi şəraitin tədricən yaxşılaşacağını, lakin bunun tədircən baş verəcəyini gözlədiyini bildirib. Hesabatda deyilir ki, maliyyə bazarlarında qeyri-sabit vəziyyət aksiya faizlərinin artması və valyutalarının dəyərənin enməsinə görə ən çox iqtisadiyyatı durmadan inkişaf edən ölkələrə təsir göstərib.

Maliyyə qurumunun bildirdiyinə görə, dünyanın ABŞ kimi ən böyük və güclü iqtisadiyyata malik ölkəsi uzun-müddətdə borcları azaltmaq və yaxın müddətdə iqtisadi artımı təmin edən siyasət yürütməlidir.

Beynəlxalq Valyuta Fondunun başçısı Kristin Laqard ABŞ-ın hökümət xərclərini sürətlə və böyük miqdarda azaltmasını tənqid edib.
XS
SM
MD
LG