Accessibility links

Valyuta qıtlığı davam edir


Dekabrın 23-də Azərbaycan banklarında dolların alış-satış qiymətləri bahalaşıb.

Fins.az-ın saytının məlumatına görə, kommersiya banklarında dolların satış məzənnəsi 1.83 manatı ötüb. Bəzi banklarda isə ABŞ valyutası 1.8300 manata alınır.

Hazırda ölkədə valyuta satmayan bankların sayı 30-a çatıb.

Bu gün yalnız 2 bank nağd şəkildə 50-100 dollar limitlə xarici valyuta satır. Bu banklar isə müraciət edəndə müxtəlif bəhanələr irəli sürür. Məsələn, Amerikanın Səsinin müxbirinə telefonla bildiriblər ki, yalnız bankda hesab açdıqdan sonra nəğd olaraq 100 dollar sata bilərlər.

Müşahidəçilər deyir ki, “qara bazarda” dolları 1,91 manata alırlar, 1,93 manat satırlar. Amma hüquq-mühafizə orqanları tərəfindən tutulacağından ehtiyat edən “qara bazar” iştirakçıları yalnız tanış adamlara valyuta təklif edir.

Faktiki ölkədə valyuta qıtlığı davam edir. Ekspertlər durumun belə davam edəcəyi təqdirdə ərzaq qıtlığına səbəb olacağı istisna etmir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG