Azərbaycanın xalq şairi, ictimai xadim Vaqif Səmədoğlu yanvarın 28-də vəfat edib.
O son bir neçə ildə xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Vaqif Səmədoğlu Vəkilov 1939-cu il iyunun 5-də anadan olub.
O çoxsaylı şerlər kitabının müəllifidir. Dram əsərləri ölkənin bütün teatrlarında oynanılır.
Vaqif Səməıdoğlu xalq hərəkatının fəal üzvlərindən olub. Ölkənin çoxsayləı mediasında çalışıb. “Azadlıq” qəzetində satirik yazılarla çıxış edib.
2000-2005-ci illərdə Azərbaycanın Milli Məclisinin üzvü olub.