Accessibility links

Vaşinqton Post-un jurnalistinin İranda həbsindən 500 gün keçir


Vaşinqton Post qəzetinin jurnalisti Ceyson Rezaianın İranda həbsindən 500 gün keçir. Onun ailəsi Ceysonun azadlığa buraxılması üçün kampaniyaya başlayıb.

Rezaianın qardaşı Əli Rezaianın azadlığa buraxılması üçün toplanan 500 min imzanı İranın BMT-dəki missiyasına təqdim etməyə hazırlaşır.

İran rəsmiləri bildirib ki, Rezaian casusluq və digər ittihamlara görə adı açıqlanmayan həbsxanada saxlanılır.

Vaşinqton Post deyib ki, Rezaian düzgün müalicə edilmədiyi üçün sağlamlığı təhlükə altındadır.

Qəzet Rezaianın azadlığa buraxılması üçün bir daha BMT-yə müraciət edib.

XS
SM
MD
LG