Accessibility links

Vatikanlı diplomat uşaq pornoqrafiyası ittihamı ilə ABŞ-dan çıxarılıb


A view of St. Peter's Square during Easter Mass celebrated by Pope Francis, at the Vatican, April 16, 2017.

Roma Katolik Kilsəsi və ABŞ rəsmiləri Vatikanın Vaşinqtonakı səfirliyinin yüksək səviyyəli diplomatının uşaq pornoqrafiyasına sahib olduğuna dair ittihamlar səbəbilə geri çağırıldığını təsdiqləyib.

Müqəddəs Taxt cümə günü bəyanatında bildirib ki, ABŞ Dövlət Departamenti rəsmiləri avqustun 21-də Vatikanı diplomatın ABŞ-ın uşaq pornoqrafiyası qanunlarını pozduğuna dair dəlillərin olduğu barədə məlumatlandırıb.

Bəyanatda həmçinin qeyd edilir ki, rahib Vatikana geri çağırılıb və onunla bağlı istintaq aparılır.

Bəyanatda rahibin adı açıqlanmır və istintaqın “gizli” aparıldığı bildirilir.

ABŞ Dövlət Departamenti avqustun 21-də Vatikandan rahibin diplomatik toxunulmazlığını qaldırmağa çağırdığını, lakin üç gün sonra onların bu tələbinin rədd edildiyini bildirib.

2013-cü ildə Vatikan rahibin gənc oğlanları cinsi istismar etdiyinə dair ittihamlardan sonra onu Dominik Respublikasından geri çağırıb. Monsenyor Cozef Velozovskinin dini rütbəsi əlindən alınaraq, onunla bağlı Vatikanın cinayət məhkəməsində iş açılıb, lakin o, məhkəmə bitmədən vəfat edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG