Accessibility links

Vəkillər Kollegiyası Müzəffər Baxışovu üzvlükdən xaric edir [Video]


Müzəffər Baxışov
Müzəffər Baxışov

Bir vəkilə töhmət, digərinə isə xəbərdarlıq edilib

Azərbaycan Vəkillər Kollegiyası bir vəkili üzvlükdən xaric edir, bir vəkilə töhmət verib, bir vəkilə isə xəbərdarlıq edib.

Vəkil Müzəffər Baxışov Ali Məhkəmənin hakimi Tatyana Qoldmanın şikayət ilə Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə məhkəməyə müraciət edir. Bu barədə kollegiya aprelin 1-də qərar qəbul edib.

Baxışov Ali Məhkəmənin hakiminin şikayətini əsassız adlandırıb.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti həmçinin Bəhruz Bayramova töhmət verib və Elçin Sadıqova isə xəbərdarlıq edib.

Hər iki vəkildən Ali Məhkəmənin hakimi Fərhad Kərimov şikayət edib.

Hər üç vəkil əsasən həbs edilən müxalifət fəallarının, QHT təmsilçilərinin, jurnalistlərin, blogerlərin hüquqlarını müdafiə edir.

XS
SM
MD
LG