Accessibility links

Venesuela matəm saxlayır


Venesuelalılar xərçəng xəstəliyindən iki il əzab çəkən və çərşənbə axşamı vəfat edən prezident Uqo Çavesə son ehtiramlarını bildirirlər.

Venesuela Prezident Qvardiyasının başçısı Hose Ornella Associated Press-ə müsahibəsi zamanı cənab Çavesin infarkt keçirdiyini və həyatının son dəqiqələrinə qədər əzab çəkdiyini deyib.

Çavesin cəsədi çərşənbə günü Karakas izdihamlı küçələrindən keçirilərək, Hərbi Akademiyaya aparılıb və cümə günü dəfn edilənədək orada qalacaq.

Yas mərasimində Uqo Çavesin ailəsinin yanında Argentina, Boliviya və Uruqvay prezidentləri olub.

Venesuela hökuməti ölkədə bir həftəlik matəm elan edib. Latın Amerikası və bəzi digər ölkələrdə də matəm elan edilib.
XS
SM
MD
LG