Venesuelanın partlayış baş verən neftayırma zavodunda yanğınla mübarizə səyləri davam etdirilir. Hadisə nəticəsində 41 adam həlak olub. Ölənlərin əksəriyyəti Milli Qvardiyanın üzvləridir. Hadisə zamanı 80 adam xəsarət alıb. Yanğın yaxınlıqdakı ev və binalara ziyan vurub.
Venesuela prezidenti Hüqo Çaves hadisəyə səhlənkarlığın səbəb olduğuna dair iddiaları rədd edib.
Venesuelanın Energetika naziri Rafael Ramirez deyib ki, patrlayışa qaz sızması yol açıb. Nazir zavodda işin iki gündən sonra bərpa ediləcəyini bildirib.
Partlayış baş verən Amuay obyekti dünyanın ən böyük Paraquana neftayırma kompleksinin bir hissəsidir.