Accessibility links

Venesuelada iqtisadi böhran səbəbilə uşaqlar acdır


Venesuelada iqtisadi böhran səbəbilə uşaqlar acdır
please wait

No media source currently available

0:00 0:01:50 0:00

Venesuelada iqtisadi böhranın dərinləşdiyi bir vaxt, küçələrdə pul və yemək dilənən uşaqların sayı kəskin artır. Bəzi uşaqlar yemək tapmaq üçün məktəbə getmir. Onlar supermarketlər və restoranlara üz tutur və ya sağ qalmaq üçün küçələrdə insanlardan pul dilənir.

Mən çox vaxt evdən qaçıram, orada yeməyə heç nə yoxdur, mən də acam. Ərzaq çox bahadır. Burada ən azından bəzi insanlar bizə peçenye, makaron, bəzən də çorba verirlər

“Mənə yemək üçün nə isə verə bilərsiniz?” Harrison hər gün Karakasdakı supermarketin önündə bu sözləri təkrarlayır.

“Evdə yemək yoxdur, atam mənimlə yaşamır, anam isə kordur”, o deyir.

Harrison 10 yaşındadır. Bəzən o evə gedib, əldə etdiyi yeməyin bir hissəsini anasına verir. Leyber isə hər zaman onun yanındadır. O, Harrisondan iki yaş balacadır. Onlar qohum olmasalar da, bir-birilərinə qardaş deyir. Leyber də evdən çox küçələrdə vaxt keçirir.

“Mən çox vaxt evdən qaçıram, orada yeməyə heç nə yoxdur, mən də acam. Ərzaq çox bahadır. Burada ən azından bəzi insanlar bizə peçenye, makaron, bəzən də şorba verirlər” – Leyber söyləyir.

Əvvələr Leyber məktəbə gedirdi.

“Mən məktəbə getmirəm, çünki nə ayaqqabım, nə formam, nə də dəftərim var”, Leyber deyir.

Hər iki uşaq başqa küçə uşaqları və yeniyetmələrlə birlikdə Karakasın şərqində yerləşən dağılmış kazinoda yaşayır. Onlar yeməklərini bu sobada bişirir. Polis deyir ki, ciddi yoxsulluq və aclıq ailə münasibətlərinə ziyan vurur.

Venezuelada uşaqlar şorba içir
Venezuelada uşaqlar şorba içir

“Uşaqları evlərinə geri aparanda anaları bizə: “niyə onu geri gətirdiniz. Mənim yeməyim yoxdur” deyir. Bu isə çox kədərlidir” -deyə, Karakasın polis zabiti Luis Qodoy bildirir.

Venesuelanın Uşaqları Qoruma Xidmətinin ekspertləri deyir ki, küçələrdə yaşayan uşaqlar valideyn nəzarəti olmadan, zorakı şəraitdə böyüyür. Bu səbədən də uşaqlar aqressiv olur və hər nəyin bahasına olursa olsun, sağ qalmağa çalışır.

Uşaqları evlərinə geri aparanda anaları bizə: “niyə onu geri gətirdiniz. Mənim yeməyim yoxdur” deyir. Bu isə çox kədərlidir
Luis Qodoy

Venesuela höküməti on il öncə aşağı gəlirli ailələrin uşaqlarına yardım etmək üçün xüsusi proqram yaradıb. Rəsmilər deyir ki, bu proqram təxminən dörd milyon şagirdə yardım göstərib, onlar yeməklə təmin olunub ki, məktəbə gedə bilsinlər.

“İnsanların 97 faizinin zülala çıxışı var”, Nikolas Maduro söyləyib.

Lakin bu rəqəm “Caritas” adlı katolik xeyriyyə təşkilatının irəli sürdüyü göstəricidən xeyli fərqlidir. Bu yaxınlarda Caritas Venesuelada uşaqların 25 faizinin yetərincə qidalanmadığını bildirib.

XS
SM
MD
LG