Accessibility links

Venesuelanın Varao tayfası Braziliyada həyata ayaqlaşmaqda çətinlik çəkir [Video]


Venesuelanın Varao tayfası Braziliyada həyata ayaqlaşmaqda çətinlik çəkir
please wait

No media source currently available

0:00 0:02:03 0:00

BMT-nin Qaçqınlar üzrə Agentliyi venesuelalıların kütləvi axının davam etdiyini bildirir. Bir çoxları Braziliyaya emiqrasiya etməyə üstünlük verir. Ümumilikdə, 2017-ci ildə böhran başlayandan bəri Braziliyaya 52 mindən çox venesuelalı qaçıb. Braziliya rəsmilərinin bildirdiyinə görə, Venesuelada sosial-iqtisadi vəziyyətin pisləşməsi ilə Braziliyaya hər gün təxminən 800 insan keçir. Onlar arasında Varao adlı aborigen qrupun üzvləri də var. Onlar yeni həyata ayaqlaşmaq üçün çox sayda çətinliklərlə üzləşir.

Venesula dəyərləri, dərmanlar, ərzaqlar yoxa çıxdı. Biz çox kədərliyik. Biz Venesuelada məhsul əkib, toplamaq imkanını itirdik. Sevdiyimiz icma da artıq yoxdur
Baudillo Senteno

Varao tayfasının üzvü olan miqrant Baudillo Senteno deyir ki, onun ailəsinin Venesueladan qaçmaqdan başqa çarəsi yox idi.

“Biz uşaqlarımız gələcəyi üçün getməli idik, çünki bizim övladlarımız ac idi,” deyə o bildirir.

Braziliyanın Boa Vista şəhərində “Pintolandia” qaçqın düşərgəsində 600-dən çox insan yaşayır. Onların əksəriyyəti Venesuelanın Varao tayfasının üzvüdür.

“Venesula dəyərləri, dərmanlar, ərzaqlar yoxa çıxdı. Biz çox kədərliyik. Biz Venesuelada məhsul əkib, toplamaq imkanını itirdik. Sevdiyimiz icma da artıq yoxdur,” Senteno söyləyir.

Senteno, həyat yoldaşı Euris və onların yeddi övladı Venesueladan Braziliyaya köçüb. Ən kiçik ailə üzvləri bir ay öncə Boa Vistada dünyaya gəlib.

“Artıq bura bizim evimizdir, burada yemək yeyirik. Həkimlər bizim qayğımıza qalır və burada başqa insanlar da bizə yardım edir”, Senteno deyir.

Bu yaxınlarda Vaşinqton Braziliyadakı venesuelalı qaçqınlara yardım məqsədilə Adventist İnkişaf və Yardım Agentliyinə yarım milyon dollar ianə edib.

“Qaçqın düşərgələrində aborigenlər var, ona görə də biz onlara soyuq hava üçün tor yellənəcək və ədyal veririk” - deyə, layihə meneceri Helena Suders bildirir.

Varao qaçqınları
Varao qaçqınları

Varao tayfası Pintolandia düşərgəsinə gəlmək üçün 960 kilometr yol qət edib. Düşərgədə yaşayan Varao tayfasının üzvü Erenia Rivero Venesueladan ötrü darıxdığını deyir.

“Mənim orada ailəm var. Mən ölkəmi sevirəm. Allahın köməkliyi ilə, daha yaxşı prezidentimiz olar və biz geri dönərik. Venesuelada vəziyyət çox pisdir”, o deyir.

Braziliya hüquq-mühafizə orqanları hər gün sərhədə gələn minlərlə venesuelalıya yardım etməyə davam edir. Bu həftə Braziliya prezidenti Mişel Temer nizamı qorumaq və venesuelalı immiqrantların təhlükəsizliyini təmin etmək üçün sərhədə əsgərlər göndərib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG