Accessibility links

Zəngin amerikalıların illik vergilərdən yayınma göstəricisi 175 milyard dollar təşkil edir


Bayden administrasiyası ABŞ-da infrastruktur və iş yerlərinə böyük investisiyanın çox hissəsini zənginlərə və müəssisələrə vergi dərəcələrini artıraraq maliyyələşdirməyi planlaşdırır.

Lakin yeni bir araşdırma göstərir ki, zənginlər onsuz da mürəkkəb vergidən yayınma sxemləri ilə hər il təqribən 175 milyard dollar vergi gizlədir.

Bundan əlavə ekspertlər daha yüksək nisbətlərin vergi qanunlarına daha az uyğun gəlməsinə səbəb ola biləcəyini xəbərdar edir.

ABŞ-ın hər il "vergi boşluğu" ilə üzləşməsi heç vaxt sirr olmayıb. Belə ki, vergi borcları ilə ödənilən vergilər arasındakı fərq həmişə olub.

Daxili Gəlir Xidmətinin tədqiqatçıları varlı amerikalıların hər il Vergi Nazirliyindən (IRS) gizlətdiyi gəlir miqdarını ölçmək üçün üç iqtisadçı ilə əməkdaşlıq edib. Onların təxminləri əvvəlki hesablamaları çox üstələyib.

IRS qeydlərindən hərtərəfli istifadə edən Milli İqtisadi Tədqiqatlar Bürosu tərəfindən bu ay verilən məlumatda ABŞ-ın ən zəngin təbəqəsində (1%-də) yer alan şəxslərin hər il öz gəlirlərini orta hesabla 20% azaltdığı bildirilib.

Müəlliflərin bildirdikləri kimi göstərilməyən gəlirlərin əksəriyyəti ya offşor hesablarında gizlədilir, ya da mənfəət sahiblərinin adi gəlir kimi vergiyə cəlb olunduğu “keçid” müəssisələrindən əldə olunan gəlirlərinin az hissəsi göstərilir.

Bu qədər vergidən yayınmanın aşkar olunmamasının əsas səbəbi son on ildə IRS-in xroniki olaraq az maliyyələşdirilməsidir. Bu isə yoxlanmaların kəskin azalmasına gətirib çıxarıb, xüsusən də yüksək maliyyə gəlirlərinə sahib olan şirkətlər və yüksək gəlirli şəxslərin.

Zəngin vergi ödəyicilərinin qanuni vergidən yayınma strategiyaları ilə qanunsuz vergidən yayınma arasındakı sərhədi pozduğu çoxsaylı boz sahələr də var. Məsələn, mühafizə servitutları keyfiyyət xüsusiyyətlərini inkişaf etdirmək hüququndan imtina edən torpaq mülkiyyətçilərinə 16 il ərzində dəyərinin bir hissəsini vergilərdən silməsinə imkan verir.

Prezident Bayden ən çox qazanan amerikalıların vergilərini artırma vədi ilə kampaniya apararkən ildə 400000 dollardan az gəlir əldə edən vergi ödəyicilərini daha yüksək nisbətlərlə qarşılaşmayacaqlarında əmin etmişdi.

Bundan əlavə, o, mənfəət vergisini 21%-dən 28% -ə qaldıracağına və şirkətlərin hər il çıxılmalardan asılı olmayaraq, ödəməli olduqları minimum vergi dərəcəsini tətbiq edəcəyinə söz verdi.

Yüksək gəlirli insanları və varlı insanlara təsir edəcək bir çox mümkün dəyişiklik də olacaq.

Bayden yüksək gəlir vergisi braketini 37%-dən 39,6% -ə qaldırmağı təklif edib. 400 000 ABŞ dollarından çox olan gəlir vergi ödəyicisi ilə işəgötürən arasında bölünərək 12.4% ilə Sosial Müdafiə vergisinə tabe olacaq. Gəliri 1 milyon dollardan çox olanlar üçün dividendlər və kapital qazancları ən yüksək marjinalla - 39,6% -lə vergiyə cəlb ediləcək.

Bayden planının on il ərzində ölkəsinə təxminən 3.3 trilyon dollar qazandıracağını proqnozlaşdırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG