Accessibility links

Vergi ixtisarının təsdiqi Trampın ilk böyük qələbəsi oldu [Video]


Vergi ixtisarının təsdiqi Trampın ilk böyük qələbəsi oldu
please wait

No media source currently available

0:00 0:03:01 0:00

2017-ci ilin son ayında prezident Donald Tramp vəzifəsinə icra etməyə başlayandan bəri ilk böyük qələbəsini qazandı – vergi ixtisarı islahatı qəbul edildi. Tramp ümid edir ki, bu qələbə onun zəif etimad reytiniqi artıracaq. Prezidentin reytini aşağı qalmağa davam etsə, növbəti ilin noyabrında keçiriləcək Konqres seçkilərində demokratlar böyük qələbə qazana bilərlər.

Vəzifəsinin icrasına başlayan kimi prezident Donald Tramp seçki vədlərini reallaşdırcağına söz verib.

“Bu gündən etibarən bizim ölkə yeni yanaşma ilə idarə olunacaq. Bu gündən etibarən birinci Amerika olacaq.”

Lakin 2017-ci il prezidentin diqqətini yayındıran hadisələrlə bol oldu. Twitter mübahisələrindən tutmuş, səhiyyə islahatı uğursuzluğu və Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi.

“Onlar milyonlarla dollar sərf edirlər. Heç bir sözləşmə olmayıb. Mən Rusiyaya zəng etməmişəm. Mənim Rusiya ilə heç əlaqəm yoxdur.”

Təhlilçi Larri Sabato deyir ki, Trampın ilk ilinin çətinlikləri rəy sorğularında özünü ifadə edir.

“Bu yalnız amerikalıların 60 faizinin ona etimad göstərməməsi deyil. Əsas əhəmiyyət kəsb edən məqam ona etimad göstərməyənlərin sayı, etimad göstərənlərin sayından iki dəfə çox olmasıdır.”

Digər təhlilçi Robert Cons hesab edir ki, Tramp vergi ixtisarı uğurunun onun reytinqlərini artıracağını gözləyir.

“Fikrimcə insanların mövqeyi kifayət qədər qətidir. Biz Tramp dəstəkçilərinə nəzər salanda görürük ki, ondan üz döndərməyəcək seçicilər var. Məsələn, ağ yevangelistlər. O qrupda 10 nəfərdən yeddisi Trampı dəstəkləyir.”

Demokratlar vergi islahatı qanunvericilyində məğlub olsalar da, Trampa qarşı olan seçicilərin dəstəyi ilə son seçkilərdə uğur qazanıblar. Bu isə 2018-ci il konqres seçkilərində demokratların ciddi qələbə qazana biləcəyinə bir işarədir.

Senat demokratlarının lideri Çak Şumer:

“Bu vergi qanunu hər bir respublikaçının çiynindən bir lövbər kimi asılıb. Onlar bunu hələ öyrənməyiblərsə, növbəti ilin noyabrıbda mütləq öyrənəcəklər.”

Tarixən konqres ara seçkiləri ilk müddətlərini icra edən prezidentlər üçün uğurlu olmayıb. Bu sözləri Molli Reynolds deyir.

“Biz bir şeyi dəqiq bilirik ki, prezidentlər adətən ilk ara seçkilərində konqress yerlərin bəzilərini itirirlər. Əgər prezident qeyri-populardırsa administrasiya üçün vəziyyət daha da çətinləşir. Bu 2018-ci il seçkilərində respublikaçılara təsir edə bilər.”

Rəy sorğuları eksperti Frenk Nyuport deyir ki, Trampın əsas çətinliyi özünün baza dəstəkçilərinin sayını artırmaqdır.

“Onun indiki etimad reytinqi 30 faizlərdədir. Bu reytinqi artırmaq üçün o, bəzi demokrat və müstəqil seçiciləri öz tərəfinə çəkməlidir. Bu isə çox çətindir.”

Gözlənilməz bir şey baş verməsə Tramp sələfləri Barak Obama və Corc Buş kimi ilk ara seçkilərində məğlubiyyətlə üzləşəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG