Accessibility links

Ratland-Yeni ildə Suriya qaçqınlarına qapılarını açan ilk şəhər


ABŞ-ın növbəti prezidenti Donald Trampın seçkiqabağı kampaniyaları zamanı Suriya qaçqınlarına Amerikada sığınacaq verməyəcəyinə dair vədlərinə baxmayaraq, yardım agentlikləri onun vəzifəsinə başlamasından əvvəl qaçqınların yerləşdirilməsi səylərini artırıb. Vermont ştatının Ratland şəhəri yeni ildə Suriya qaçqınlarına qapılarını açan ilk şəhər olacaq.

Vermont ştatının Ratland şəhər kilsəsində Marşa Kassel yardım qutularını açır.

Marşanın çalışdığı təşkilat ianə edilən ev əşyaları, mebel, geyim toplayaraq yeni ildə Amerikaya gələn qaçqınlara yardım hazırlayır.

"200-ə yaxın olduqca fəal könüllü işçimiz var. Onlar nəqliyyat, ev əşyaları, mebel və dəsr demək üçün yardımlarını əsirgəmir...."

19 əsrdə salınan sənaye şəhəri Ratland Vermontun Yaşıl Dağlarında yerləşir.

Şəhər italyan, yunan və polyak mühacirlər təfərindən yaradılıb. Bu gün sənaye və bizneslərin çökdüyü bu şəhər işçiləri artıq cəlb etmir.

Ratlandın mühacirlər tərəfindən salınması şəhər meri Kristofer Lurası hər il 100 suriyalı qaçqına burada sığınacaq verməyə ilhamlandırıb.

“Biz qaçqınlara sığınaçağı yaxşı əməl olduğu üçün deyil, humanitar əsasda atılan addım kimi qiymətləndiririk. Bu yolla əhali sayının artırmaqla iş yerlərinin doldurulmasını təmin edirik.”

Lakin bu planın əleyhinə olanlar da var. Ratlandin şəhər xəzinadarı Uendi Uilton deyir ki, 16 min əhalisi olan şəhər ildə 100 qaçqının öhdəsindən gələ bilməz.

“Qaçqınların yerləşdirilməsi, bunun təhsil və ictimai inkişaf proqramlarına təsiri şəhər sakinlərinin 35 faiz vergi ödəməsi deməkdir. Bu, olduqca böyük vəsaitdir.”

Mer isə bu göstəricilərin qeyri-dəqiq olduğunu bildirir.

“Bu, rəqəmlər uydurmadır. Təkcə bələdiyyə büdcəsi baxımından deyil, həm də məktəb baxımından. Onun sübut gətirdiyi vəsait yanlışdır.”

Plan mer və şəhər qanunvericiləri arasında mübahisəyə səbəb olub.

Qanunverici Şaron Deyvisin dediyinə görə, mer mühacir məsələsini nə şəhər rəsmiləri, nə də, ictimaiyyətlə müzakirə edib.

“Əgər mer təmsil etdiyi icmaya ehtiram nümayiş etdirsə idi, indi bu mübahisələr yaşanmazdı.”

Tənqidlərə baxmayaraq, şəhər irəliləyir. Və ilk qaçqınlar şəhərə yeni ilin başlanğıcında gəlməlidir.

XS
SM
MD
LG