Accessibility links

Avstraliyada Viktoriya ştatında bir neçə yaşayış məntəqəsinin ölkənin qalan hissəsi ilə əlaqəsi kəsilib

Keranqın sakinləri kiçik şəhəri sular altında qalmaqdan qoruyan su bəndini diqqətlə izləyirlər

Avstraliyanın bir çox hissəsinda dağıntılara səbəb olan daşqınlar 200-dən çox insanın ölümü ilə nəticələnib. Cənub qərbdə yerləşən Viktoriya ştatında bir neçə yaşayış məntəqəsinin daşqınlara görə ölkənin qalan hissəsi ilə əlaqəsi kəsilib. Viktoriyanın paytaxtı Melburndan 300 kilometr şimalda yerləşən Keranqın sakinləri kiçik şəhəri sular altında qalmaqdan qoruyan su bəndini diqqətlə izləyirlər. Bənd Loddon çayında suyun miqdarının artması nəticəsində yarılma təhlükəsi ilə üz üzədir. Loddon çayının suyu ötən cümə günü artaraq azı 1500 evi daşqın təhlükəsinə məruz qoyub. Viktoriya ştatının 50 şəhəri daşqının təsirinə məruz qalıb. Təhlükəsizlik rəsmiləri su səviyyəsinin bir neçə gün yüksək qalmaqda davam edəcəyini gözləyirlər.

XS
SM
MD
LG