Accessibility links

Villa qasırğası saatda 260 kilometr küləklərlə Meksika sahilləri istiqamətində hərəkət edir


Birləşmiş Ştatların sinoptikləri 4-cü kateqoriyaya aid Villa qasırğasinın bu gün günortadan sonra Meksikanın Sakit okeanı sahillərindəki bölgələri vuracağını bildirib.

Birləşmiş Ştatlar Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə, küləyin sürəti saatda 260 kilometrdir.

Sahil bölgələrindəkii biznes sahibləri keçən gecə, Villa qasırğası gəlməzdən əvvəl dükanlarının qapı və pəncətələrinə taxta vurmaqla, digərləri isə su ehtiyatı toplamaqla məşğul olub.

Qasırğanın populyar turist məkanları və balıqçı kəndlərinın yerləşdiyi quru əraziləri vuracağı gözlənilir. Tekapan bölgəsindən insanlar avtobuslara doldurularaq, uzaqlaşdırılıb.

Sinoptiklər qasırğanın Sinaloa, Nayarit və Halisko ştatlarına 15-45 santimetrə qədər yağış gətirə biləcəyini, bunun nəticəsində isə dağlıq bölgələrdə yer sürüşmələrinin baş verə biləcəyini deyib.

Villanın həmçinin hündür və dağıdıcı dalğalar gələcəyi gözlənilir.

XS
SM
MD
LG