Accessibility links

Virciniyada ehtiyacı olan insanlara ərzaq yardımı


Virciniyada ehtiyacı olan insanlara ərzaq yardımı
please wait

No media source currently available

0:00 0:01:39 0:00

ABŞ-da COVID səbəbilə işsizlərin sayı milyonlarla artdığı üçün, əsas gündəlik ehtiyaclarını qarşılaya bilməyən insanların sayı da artır. Virciniya ştatının Feirfaks mahalında iki gün keçirilən xeyriyyəçilik tədbirində icma üzvləri ərazidə ehtiyacı olan insanlar üçün ərzaq yardımı ediblər.

Feirfaks Mahalı ildə iki dəfə yerli qeyri-hökümət təşkilarlarının ərzaq banklarını doldurmaq məqsədilə yardım çağırışları edir. Bu təşəbbüsün adı Stuff the Bus, yəni Avtobusu Doldur-dur. Müxtəlif ərazilərdə dayanmış avtobuslara hər cür ərzaq yardımları gətirilir.

“Məncə bu gözəl təşəbbüsdür. İndi vəziyyət çətindir və biz bir-birimizə kömək etməliyik,” təşəbbüs iştirakçısı deyir.

“Bu qədər ərzaqın ehtiyacı olan insanlara verildiyini bilmək çox gözəldir. Xüsusilə də bura gəlib, artıq çox sayda insanın ianə verdiyini görmək gözəldir, ruhlandırıcıdır,” bir başqa iştirakçı deyir.

Koronavirus pandemiyası səbəbilə işlərini itirən və ehtiyacları olan insanların ərzaqlara tələbatı rekord dərəcədə yüksəkdir. Yardımdan faydalananlar bu təşəbbüsü yüksək qiymətləndirirlər.

“Onlar konservləşdirilmiş yeməklər, meyvələr, tərəvəzlər, taxıl, peçenye qutuları və buna bənzər ərzaqlar verdilər. Həftədə bir dəfə gələ bilərsən. Hər ayın son şənbə günü təzə tərəvəz verirlər. Ailəndə olan insan sayına görə ərzaq verirlər,” yardımdan faydalanan Ceyn deyir.

Stuff the Bus (Avtobusu Doldur) ərzaq bankı doqquz ildir qeyri-kommersiya təşkilatlarının ehtiyacı olan insanlara paylamaları üçün ərzaq toplamaq məqsədilə ildə iki dəfə belə bir tədbir keçirir. Bu il ərzaq bankına verilən ərzaqlar Feirfaks mahalındakı 10 qeyri-kommersiya təşkilatına veriləcək.

“Pandemiya səbəbilə çox sayda insan işlərini itirib, amma onların yemək yeməyə ehtiyacları var. İşini itirməyənlər isə bu cür xeyriyyə işləri ilə məşğul olurlar,” təşəbbüs iştirakçısı bildirir.

Feirfaks Mahalı ölkənin ən zəngin ərazilərindən biridir. Lakin virusun səbəb olduğu işsizlik

XS
SM
MD
LG