Accessibility links

Vitse-prezident Pens Nikaraqua hökümətinə xəbərdarlıq edib


ABŞ-in vitse prezidenti Mayk Pens Cənubi Amerikada Nikaraquada Orteqa hökümətindən ölkədəki zorakılığa dərhal son qoymağı və erkən seçkilərin keçirilməsini tələb edir.

Pens çərşənbə axşamı etdiyi Twitter səhifəsindəki mesajında yazıb ki, "rejimin əlindən 350-dən artıq adam ölüb”. Nikaraqua rəsmiləri bildirirlər ki, ölənlərin sayı daha azdır.

Nikaraqua prezidenti Daniel Oteqa
Nikaraqua prezidenti Daniel Oteqa

Prezident Daniel Orteqanın aprel ayında pensiya sistemində dəyişiklikləri elan etməsindən sonra, Nikaraquada hökümət əleyhinə etirazlar davam edir.

Orteqa dəyişiklikləri ləğv etsə də, etirazçılar qarşı təqiblər davam etdirilir.

Polisin açdığı atəşdən qaçan etirazçılar, Masaya, Nikaraqua. 19 iyun, 2018
Polisin açdığı atəşdən qaçan etirazçılar, Masaya, Nikaraqua. 19 iyun, 2018

Daniel Orteqa etirazçıları çevriliş planlaşdıran terrorçular adlandırıb. O, erkən seçkilərin keçirilməsindən imtina edərək, bunun vəziyyəti daha da mürəkkəbləşdiricəyini deyib.

XS
SM
MD
LG