Accessibility links

Rusiya prezidenti Avstriyadadır


Rusiya prezidenti Vladimir Putin Avstriya prezidenti Aleksander Van der Bellenlə görüşdən sonra Vyanada keçirilən birgə mətbuat konfransında deyib ki, Rusiya Qərbin sanksiyalarının yaratdığı çətinliklərin öhdəsindən gələ bilib.

Avropa İttifaqı sanksiyalarının Rusiyaya təsiri barədə suala cavab verən Putin deyib ki, cəzalandırıcı tədbirlər bütün tərəflər üçün ziyanlıdır və hamı bu məhdudiyyətlərin qaldırılmasında maraqlıdır.

Amma Van der Bellen vurğulayıb ki, Avstriya Rusiyaya münasibət məsələsində Avropa İttifaqı ilə həmrəy hərəkət edəcək.

Avstriyaya səfərindən əvvəl Putin demişdi ki, Moskva Avropa İttifaqı ilə münasibətlərin qaydaya salınmasına tərəfdardır. O habelə qeyd etmişdi ki, “vahid və firavan” Avropa İttifaqı Rusiyanın marağındadır.

XS
SM
MD
LG