Accessibility links

Vladimir Putin vətəndaşların suallarını cavablandırıb


Rusiya prezidenti Avropa üçün yeni təhlükəsizlik sistemi yaradılmasını təklif edib.

Beynəlxalq müstəvidə ekstimal addımlar atmamalıyıq

Vladimir Putin deyib ki, sistem Amerikanın strateji pariteti pozmaq cəhdinə qarşı yaradılmalıdır. Prezident sivilizasiyaya son qoya biləcək III Dünya Müharibə barədə xəbərdarlıq verib.

"III Dünya Müharibəsinin sivilizasiyaya son qoyacağını bildiyimiz üçün beynəlxalq müstəvidə ekstimal addımlar atmamalıyıq. Bu, müasir sivilizasiya üçün olduqca təhlükəlidir"- deyə, Putin illik sual-cavab tədbirində deyib.

Rusiyanın dövlət başçısı Amerikanın 2001-ci il Anti-Ballistik raket sazişindən çıxmasını tənqid edib. Eyni zamanda Putin Rusiyanın yeni qitələrarası ballistik raketinin iststifadəyə veriləcəyini bildirib.

"Güclü strateji raket sisteminin 2020-ci ildə silahlı qüvvələrə verməyi planlaşdırırıq. Bu, Sarmat ballistik raketidir", Putin deyib.

Rusiya prezidenti Suriyadakı hərbi qüvvələrin terrorizmlə mübarizə səylərini yüksək qiymətləndirərək, bunun regionda sabitliyə xidmət etdiyini vurğulayıb. O, qüvvələrin Suriyadan çıxarmaq planı olmadığını da əlavə edib. Putin deyib ki, qüvvələr Rusiyanın maraqlarına xidmət edənədək orada saxlanılacaq. Lakin prezident lazım gəldikdə onların geri çəkiləcəyini də qeyd edib.

Putin Rusiyanın ABŞ-ın 2016-cı il prezident seçkilərinə müdaxiləsini bir daha inkar edib.

Eşitdiyi ən məzəli lətifə barədə sualın cavabında Rusiya lideri Almaniya qəzetində dərc edilən “Tramp Avropanı Putinə itələyir” adlı məqalənin adını çəkib.

Vladimir Putin 4 saata yaxın davam edən “Pryamaya liniya” (Birbaşa xətt) verilişində 70-dən çox sualı cavablandırıb.

XS
SM
MD
LG