Accessibility links

Vladimir Putini tənqid edən qadın rokçular mühakimə olunur


Üç gənc qadın Moskvada kilsədə Rusiya prezidenti Vladimir Putinin əleyhinə rok mahnısı ifa etdiklərinə görə bu gün məhkəmə qarşısına çıxarılıb.

Pişik Qiyamı adlı qadınlardan ibarət trio rok qrupu fevral ayında Xilaskar İsa kilşəsinə girərək orada Bakirə Məryəmi Putini hakimiyyətdən devirməyə çağıran mahnı ifa edib.

Onların hər üçü mart ayında həbs edilib və o zamandan bəri həbsdə ikən məhkəməni gözləyirlər. Onların kilsədə keçirdikləri etiraz aksiyası prezident seçkilərindən bir neçə həftə əvvəl baş verib.

O zaman cənab Putin hələ baş nazir vəzifəsində çalışırdı. Qadınlar xuliqanlıq ittihamı ilə məhkum ediliblər və yeddi illik həbs cəzası ilə üzləşirlər. İnsan haqları qrupları cəzanın yersiz olduğunu deyirlər.
XS
SM
MD
LG