ABŞ Nümayəndələr Palatası Amerikanın Səsi də daxil edilməklə, Beynəlxalq Yayım Şurasının fəaliyyətinin tam nəzərdən keçirilməsinə dair qanun layihəsi qəbul edib. Qanunun tərəfdarları Amerikanın Çin və Rusiya kimi ölkələrə qarşı informasiya müharibəsinin genişləndirilməsini istəyir. Lakin opponentlər bunun Amerikanın Səsinin bütövlüyü və reputasiyasına xələl gətirəcəyini deyir.
Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Ed Roys deyib ki, Ukrayna hadisələrinə beynəlxalq qəzəb Rusiyanın regiondakı təbliğatı qarşısında Amerikanın rolunun mühümlüyünü göstərir. “Kim bu təbliğatın qarşısına çıxacaq? Bizim ən böyük silahımız fəaliyyəti məhv olan Beynəlxalq Yayım Şurasıdır.”
İslahatlarla bağlı qanun Nümayəndələr Platasında bazar ertəsi qəbul edilib. İslahatlar sabiq dövlət katibi Hillari Klintonun əhəmiyyətini itirmiş adlandırdığı Beynəlxalq Yayım Şurasının ixtisarı və ona yeni icraçı direktorun təyinatını nəzərdə tutur.
Amerikanın Səsi ictimai diplomatiya missiyasını üzərinə götürməklə, ABŞ-ın dünya ölkələri olə pozitiv əlaqələrinə təkan verəcək
Ölçülər Amerikanın Səsinin roluna aydınlıq gətirməlidir. Bunu demokrat konqresmen Gerald Konolli belə izah edir. “Amerikanın Səsi ictimai diplomatiya missiyasını üzərinə götürməklə, ABŞ-ın dünya ölkələri olə pozitiv əlaqələrinə təkan verəcək. “
Amerikanın Səsinin bəzi hazırkı və keçmiş müxbirləri rəhbərlikdə dəyişikliyin mühümlüyünü qeyd edir, lakin Amerikanın Səsinin ABŞ-ın xarici siyasəti təbliğ etməsinin agentliyi tərəfsiz və dəqiq məlumat yaymaq missiyasından uzaqlaşdıracağını deyir.
Amerikanın Səsi ən böyük dəyəri-etibarını itirəcək
Amerikanın Səsinin sabiq direktor müavini Alan Heil dəyişiklərin mənfi nəticələnəcəyindən narahatdır. “Əgər sənəd qanuna çevrilsə, Amerikanın Səsinin radio, televiziya və internet kanalları kəskin şəkildə dəyər itirəcək. Amerikanın Səsi ən böyük dəyəri-etibarını itirəcək.”
Bəzi media ekspertləri də həyəcan təbili çalır. Sərhədsiz Reportyorlar Təşkilatı Amerikanın Səsi, Azad Avropa və Azadlıq kimi media qaynaqlarının diplomatik alətə çevrilməməsinə çağırır. Təşkilatın baş katibi Kristofer Deloir bildirib ki, informasıya müharibəsinə keçid ciddi peşmançılıq verə bilər.
Yayımla bağlı digər bir qanun layihəsi Senatda səsə qoyulmalıdır. Daha sonra sənəd ABŞ prezidenti Barak Obamanın imzasına göndərilməlidir. Lakin Senatın məsələni nə zaman gündəmə gətirəcəyi bəlli deyil.