Accessibility links

Azərbaycan ərazisində Amerikanın Səsi və Azadlıq radiolarının saytları yenə açılmır


Azərbaycan ərazisində "Amerikanın Səsi" və "Azadlıq" radiolarının saytlarında dekabrın 8-də səhər saatlarından başlayaraq yenidən problem yaranıb.

Belə ki, amerikaninsesi.org və azadliq.org saytarına daxil olmaq mümkün deyil. Yalnız ölkənin bəzi ərazilərində saytlara qismən daxil olmaq mümkündür.

Azərbaycandan xaricdə bu saytlara giriş sərbəstdir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidməti və Elektron Təhlükəsizlik Mərkəzi bu saytlara girişin mümkün olmamasına aydınlıq gətirməyib. Hər iki qurum yazılı müraciət etməyi məsləhət bilib.

Xatırladaq ki, "Amerikanın Səsi", "Azadlıq" radiolarının, həmçinin "Azadlıq" qəzeti və "Meydan" televiziyasının saytlarına bu il noyabrın 30-dan dekabrın 2-dək də daxil olmaq mümkün olmayıb. Saytlara giriş ABŞ ticarət katibinin Avropa, Orta Şərq və Afrika regionu üzrə köməkçisinin müavini Maykl Lallinin dekabrrın 2-də prezident İlham Əliyevlə görüşündən sonra bir an içərisində bərpa olunub.

XS
SM
MD
LG