Accessibility links

Hava yolları şirkətləri “Boeing 787 Dreamliner” təyyarəsinin uçuşlarını dayandırır


ABŞ Federal Aviasiya Administrasiyasının təhlükəsizliklə bağlı xəbərdarlığından sonra dünyanın bütün aviasiya şirkətləri “Boeing 787 Dreamliner” sərnişin təyyarələrinin uçuşlarını dayandırır.

Çili, Hindistan və Avropa hava şirkətləri təyyarənin uçuşlarını dayandıran ən son ölkələrdir. ABŞ və Yaponya təyyarələrinin uçuşlarını artıq dayandırıb. Dünyada olan “Boeing 787 Dreamliner” tipli 50 təyyarədən 39-nun uçuşu dayandırılıb.

Çərşənbə günü ABŞ Federal Aviasiya Administrasiyası xəbərdarlıq edib ki, Boeing tipli yeni təyyarələrinin akkumulyatorunun alovlanma ehtimalı yoxlanılmadan uçuşa buraxılmamalıdır.

Qalmaqal Yaponyada təyyarənin akkumulyatorunun həddindən artıq qızması nəticəsində təcili endirilməsindən bir gün sonra başlayıb.

Yaponyanın iki böyük hava şirkəti bu hadisədən sonra “Boeing 787 Dreamliner” tipli bütün təyyarələrin uçuşlarını dayandırıb.

Bu, təyyarədə aşkar edilmiş ən son problemdir. Digər problemlər yanacağın axması, şüşələrin çatlaması və əyləc sistemində nasazlıqla bağlı idi.

Boeing dünya ölkələrinin hava yolları şirkətlərinə 800-dən çox təyyarə satıb, ya da təyyarə istehsal etməyi planlaşdırıb. Şirkət bildirir ki, 787 tipli təyyarənin yeni modeli daha az yanacaq istifadə etdiyinə görə hava yolları şirkətlərinin pula qənaət etməsinə imkan yaradacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG