Accessibility links

Rusiyada vulkan püskürməsi bu gün davam edib


Rusiya rəsmiləri son 40 ildə ilk dəfə olaraq ötən həftə ölkənin uzaq şərqində vulkan püskürməsinin bu gün də davam etdiyini deyib.

Rusiyanın Fövqəladə İşlər Nazirliyinin rəsmiləri bildirib ki, Kamçatka yarımadasında Tolbaçik vulkanının bu gün püskürməsi nəticəsində dörd kilometr məsafəyə vulkan külü yayılıb. Rəsmilər sakinlərə və əraziyə səfər edən turistlərə vulkan püskürməsindən sonra qaynar lava və zəhərli qazlarla bağlı təhlükə barədə xəbərdarlıq edib.

Rusiya rəsmilərivulkanın püskürməsinə yaxından nəzarət ediləcəyini bildirib. Tolbaçik vulkanı son dəfə 1976-cı ildə püskürüb.
XS
SM
MD
LG