Accessibility links

The Wall Street Journal: Obama dünya liderlərinin dinlənməsini 5 il sonra öyrənib


ABŞ-ın nüfuzlu qəzetinin yazdığına görə, Birləşmiş Ştatlar prezidenti Barak Obama 5 ilə yaxın bilməyib ki, onun kəşfiyyat agentləri Almaniya kansleri Angela Merkel də daxil olmaqla dünya liderlərinin telefonlarını dinləyib. Bu proqramın artıq dayandırıldığı bildirilir.

Bu gün The Wall Street Journal adını açıqlamayan ABŞ rəsmisinə istinadən yazır ki, prezident Obama bir neçə ay əvvəl daxili yoxlama göstərişi verəndən sonra güdmə əməliyyatı barədə öyrənib.

Qəzetin məlumatına görə, yoxlama ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin 35 dünya liderinin telefonunu dinləyini aşkara çıxarıb və Ağ Ev bu barədə öyrənəndən sonra proqramın böyük əksəriyyətinə xitam verilib.

Rəsmilər deyir ki, Milli Təhlükəsizlik Agentliyinin o qədər dinləmə əməliyyatı var ki, bunların hamısı haqqında prezidentə məlumat vermək qeyri-mümkündür.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycanda hərbi helikopter qəzasında 14 hərbçi həlak olub
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG