Accessibility links

Qərbi Azərbaycanda tutulanların bir neçəsi müvəqqəti azadlığa buraxılıb


Qərbi Azərbaycan Vilayəti
Qərbi Azərbaycan Vilayəti

İranda yaşanan son kütləvi etirazlar zamanı Qərbi Azərbaycan vilayətinin Urmiyə və Xoy şəhərində nəzarət altına alınmış bir neçə vətəndaşın azadlığa buraxıldığı bildirilir.

İranda insan haqları pozuntularına dair məlumat yayan HRA agentliyinin verdiyi məlumata görə, əksəriyyəti universitet tələbəsi olan bu vətəndaşlar zəmanət qarşılığında və müvəqqəti şəkildə sərbəst buraxılıblar.

Sərbəst buraxılanların arasında Məhəmməd Abazəri, Cəmil Dudkanlı, Məhəmmədcavad Əmir Sadıqi və Sivan Kəlaminin olduğu deyilir.

Bu şəkildə sərbəst buraxılanlardan Məhəmməd Abazəri, Cəmil Dudkanlı, Məhəmmədcavad Əmir Sadıqi və Sivan Kəlaminin adları yayımlanıb. Onlar, mühakimə prosesinin tamamlanması və məhkəmənin qərarını gözləyəcəklər.

Xoy və Urmiyədə nəzarət altına alınan bir çox vətəndaşın taleyi ilə bağlı dəqiq məlumat yoxdur.

İnternet portallarının yazdığına görə, bunların bəzisi hələ Ettelaat tərəfindən sorğu-sual edilməkdədir, bir neçəsi isə müvvəqəti azadlığa buraxılmaq üçün zəmanət məbləğinin müəyyənləşdirilməsini gözləyir.

XS
SM
MD
LG