Accessibility links

Ağ Ev Qəzzada altı həftəlik atəşkəsə ümid edir


Ağ Ev Qəzzada altı həftəlik atəşkəsə ümid edir
please wait

No media source currently available

0:00 0:02:41 0:00

Münaqişə beşinci ayını tamamlamağa yaxın bir vaxtda, İsrailin müharibə kabinetinin yüksək səviyyəli üzvü ilə görüşən vitse-prezident Kamala Harris bazar ertəsi Qəzzada “təcili” altı həftəlik atəşkəsə dəstəyini bir daha vurğulayıb. Lakin analitiklər və etirazçılar bildirir ki, münaqişənin dayandırılması Bayden administrasiyasının müzakirə etmədiyi danışıqlardan asılıdır və bu səbəblə də Ağ Evin bəyan etdiyi tarixə - Ramazan ayının başlanğıcına - qədər razılıq əldə olunmaya bilər.

İsrailin Qəzzaya zərbələri davam etdiyi bi vaxtda, fələstinlilərin artıq aylardır çağırış etdiyi atəşkəs yaxında əldə oluna bilər.

Həftəsonu vitse-prezident Kamala Harris İsrail və HƏMAS qüvvələrini açıq bir şəkildə fələstinli militantların oktyabrın 7-də İsrailə hücumundan sonra başlayan bu münaqişədə silahları yerə qoymağa çağıran Bayden administrasiyasının ilk rəsmisi oldu.

“Qəzzadakı iztirabların miqyasını nəzərə aldıqda, dərhal atəşkəs olmalıdır, ən azından növbəti altı həftə ərzində, və hazırda da müzakirə olunan budur,” o deyib.

Ancaq bu razılığın şərtləri var. Bazar ertəsi Ağ Ev rəsmiləri müxbirlərə deyib ki, HƏMAS hələ də İsrailin girovların azad edilməsini də əhatə edən təklifini nəzərdən keçirir. Administrasiya danışıqların təfərrüatlarını müzakirə etməyi rədd edib.

Ancaq Qəzzanın aqibəti ilə bağlı bu müzakirələr çox ictimaidir. Bazar ertəsi Harris İsrailin müharibə kabinetinin üzvü ilə görüşdüyü bir vaxtda, bir qrup etirazçı narazılıqlarını bildirmək üçün Ağ Evin önündə toplaşıb.

“Atəşkəs? Bən sonra? Altı həftə? Bu ədalətli deyil. Atəşkəs atəşkəsdir: tam atəşkəs. Bəlkə də onlar seçki üçün vaxt qazanmaq istəyirlər? Bu bir oyundur. Biz buna inanmırıq,” Amerikalı Fələstinli Qadınlar Assosiasiyasından Mona Sadiq deyir.

Analitiklər deyir ki, Harrisin bu mühüm sözün arxasına ağırlığını qoyması əlamətdar olsa da, onun sözlərinin arxasında şərtlər ola bilər.

“Onun həmçinin bunu necə hazırladığı vacibdir, çünki administrasiya bir müddətdir atəşkəs istədiyini deyir, amma onlar bunun spesifik bir razılıq çərçivəsində olmasını istəyir. Əgər onun çağırışı sadəcə olaraq bunun təkrarıdırsa, o zaman bunun yeganə əhəmiyyəti ondan ibarətdir ki, bu ilk dəfədir ki, yüksək vəzifəli administrasiya rəsmisi münaqişənin hər iki tərəfində qurbanlara empatiyasını dəqiq və düzgün şəkildə ifadə edir,” Kvinsi Məsuliyyətli Dövlətçilik İnstitutundan Trita Parsi deyir.

Bundan əlavə bir başqa sual da var ki, Ağ Ev də bu sualı özü-özünə verir: ABŞ-ın terror qrupu kimi tanıdığı HƏMAS on minlərlə mülki vətəndaşın ölümünə səbəb olan hücumu dayandırmaq üçün bu razılığı qəbul edəcəkmi?

“Administrasiyanın indiyədək ifadə etdiyi tələblər ki - buna altı həftəlik atəşkəs müqabilində bütün girovların sərbəst buraxılması daxildir - mən HƏMAS-ın bunu qəbul etmək ehtimalının olmadığını düşünürəm, çünki onlar mahiyyət etibarı ilə daha daimi bir vəziyyət əvəzinə döyüşlərin müvəqqəti dayandırılması müqabilində əllərindəki bütün gücdən vaz keçirlər. Ona görə də məncə bu bir az çətin olacaq,” Parsi bildirir

Forum

XS
SM
MD
LG