Accessibility links

ÜST Qəzzadan 100 nəfəri təxliyə edib


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) cümə axşamı bildirdiyinə görə, Qəzza zolağından Birləşmiş Ərəb Əmirliklərinə təxminən 100 nəfəri təxliyə edib və qayğıya ehtiyacı olan minlərlə insana yardım etmək üçün müntəzəm və davamlı tibbi köçürmə sisteminə çağırıb.

Ümumdünya Səhiyyə Təşkilatının işğal olunmuş Fələstin ərazisi üzrə nümayəndəsi Riçard Peperkorn jurnalistlərə Qəzzanın tibbi dəhlizlərə ehtiyacı olduğunu deyib. "Bizə daha yaxşı təşkil edilmiş və davamlı sistem lazımdır" - deyə, o bildirib.

Peperkorn bildirib ki, Qəzzada tibbi transfer gözləyən 10 min insan var.

Ümumdünya Səhiyyə Təşkilatı həmçinin cümə axşamı iyulun sonunda Qəzza müharibəsində yaralananların dörddə birinin "indi və gələcək illər üçün reabilitasiya xidmətləri tələb edən xəsarətlər aldığı təxmin edilir" - deyə, bir hesabat yayıb.

Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, reabilitasiya üçün əsas ehtiyac olan ağır əza xəsarətləri, onurğa beyni zədələri, travmatik beyin xəsarətləri və böyük yanıqların sayında ciddi artımlar var. Xəsarət alanlar arasında "minlərlə qadın və uşaq" var.

Təşkilat həmçinin təhlükəsizlik, təchizat çatışmazlığı, hücumlar və evakuasiya əmrləri ilə bir çox tibb müəssisələrinin fəaliyyət göstərə bilməməsi səbəbindən lazımi qayğının təmin edilməsində artan çətinlikləri vurğulayıb.

Müharibə keçən il oktyabrın 7-də İsrailin cənubuna edilən, 1200-ə yaxın insanın ölümünə və 250-yə yaxın insanın girov götürülməsinə səbəb olan gözlənilməz hücumdan sonra başlayıb. İsrailin cavab hücumu nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla, 41 minə yaxın fələstinli ölüb. İsrail ordusu isə ölənlər arasında minlərlə militantın olduğunu deyir.

Forum

XS
SM
MD
LG