Accessibility links

WIKILEAKS ABŞ-ın bütün məxfi diplomatik sənədlərini açıqlayıb


WIKILEAKS ABŞ-ın bütün məxfi diplomatik sənədlərini açıqlayıb
WIKILEAKS ABŞ-ın bütün məxfi diplomatik sənədlərini açıqlayıb

Veb səhifəsində məxfi sənədlər yerləşdirən WikiLeaks saytı ABŞ Dövlət Departamentinin 250 mindən artıq teleqramdan ibarət bütöv arxivini açıqlayıb. Sənədlərin çoxu senzura olmayıb.

Dövlət Departamenti bildirib ki, sənədlərin açıqlanması müxalifət fiqurları daxil olmaqla, həssas mənbələri risk qarşısında qoyur.

WikiLeaks əməkdaşları sənədlərin açıqlanması ilə bağlı bir şərh verməyib. Lakin WikiLeaks bu həftə bildirmişdi ki, Britaniyanın Guardian qəzetinin müxbiri bütün sənədlərdən istifadə etmək üçün şifrəni tapa bildiyinə görə, onları açıqlamaq qərarına gəlib.

Bu gün Guardian qəzeti öz səhifəsində, eləcə də The New York Times, İspaniyanın El Pais və Almaniyanın Der Spiegel qəzeti məxfi sənədlərin açıqlanması qərarının təəssüf hissi ilə qarşılandığı bildirilib.

Yeni açıqlanmış sənədlər Birləşmiş Ştatların Əfqanıstan, Pakistan, İran və Venesuela kimi mürəkkəb münasibətləri olan ölkələrdəki səfirliklərindən göndərilən on minlərlə teleqramı əhatə edir. İndiyə kimi, WikiLeaks öz səhifəsində ABŞ-ın diplomatik teleqramlarının senzura olmuş variantını yerləşdirmişdi.

Vaşinqtonda ABŞ Dövlət Departamenti bildirib ki, WikiLeaks sənədlərin açıqlanacağı haqda əvvəlcədən məlumat verib, lakin onların ictimiayyətə açıqlanmaması çağırışlarına əhəmiyyət verməyib.

XS
SM
MD
LG