Accessibility links

WikiLeaks təsisçisinin İnternet bağlantısına maneələr yaradılıb


WikiLeaks bildirir ki, qeyri-müyyən səbəbdən vebsaytın təsisçisi Culian Assanjın internet əlaqəsi kəsilib. Hadisə ilə bağlı detallı məlumat verilmir.

Cinsi zorakılıq ittihamları ilə ekstradiya olunmasını istəməyən Assanj artıq 4 ildən artıqdır ki, Ekvadorun Londondakı səfirliyində sığınacaq tapıb.

WikiLeaks Hillari Klintonun 2013-cü ildə Goldman Sachs investisiya bankının icraçı direktorları ilə görüşdəki 3 çıxışının bütöv transkriptini yayıb.

Buna baxmayaraq Avstraliyalı şəffaflıq fəaliyyətlərini davam etdirməkdədir. WikiLeaks məxfi sənədlərin yayımını davam etdirir. Bunlar arasında son mərhələsində daxil olan ABŞ prezident seçkilərindən namizəd Hillari Klintona aid sənədlər də var.

Bu gün WikiLeaks-dən şərh almaq cəhdlərimiz boşa çıxıb. Ekvador səfirliyində telefona cavab verən şəxs isə "Mən heç bir məlumat verə bilmərəm" - deyə cavab verib. Səfirə göndərilən email də cavabsız qalıb. London Polis idarəsindən də hadisə ilə bağlı şərh vermək istəməyiblər.

Xatırladaq ki, dünən WikiLeaks Hillari Klintonun 2013-cü ildə Goldman Sachs investisiya bankının icraçı direktorları ilə görüşdəki 3 çıxışının bütöv transkriptini yayıb.

Wikileaks son bir həftədir Klintonun seçki kampaniyasının meneceeri Con Podestanın hakerlər tərəfindən ələ keçirilən sənədlərini yaymaqdadır.

Məktublaşmalarda Klintonun işçiləri potensial problemləri önə çəkdiyi görünür. Bunlar arasına onun bank islahatlarının siyasi səbəbləri olduğunu deməsi də daxildir.

XS
SM
MD
LG