Accessibility links

Xədicə İsmayıl: "Angela Merkeldən soruşdum ki..."


“Almaniya kansleri ilə görüşdə korrupsiya və bunun Azərbaycanda sülhə, demokratiyaya və təhlükəsizliyə necə zərbə vurması haqda danışdım.”

Jurnalist Xədicə İsmayıl Almaniya kansleri Angela Merkellə görüşü barədə təəssüratlarını Facebook səhifəsində paylaşıb.

Ölkədə müstəqil media və sağlam vətəndaş cəmiyyəti olmadan onlar avropalı vergiverənlərin hesabına həyata keçirilən meqalayihələrin şəffaflığını necə təmin edəcəklər?

İsmayıl görüşdə Bakı aeroportunda kansleri qarşılayan baş nazir müavini Yaqub Eyyubovun Rusiya ilə silah sövdələşmələrini və öz oğlunun hesabına milyonlarla dollar pul köçürməsini qeyd edib.

“Niyə müharibəyə nəzarətsiz şəkildə xərcləyən və oğurlamaq imkanı qazanan bir hökumət sülh istəsin?” İsmayıl sual edib.

Araşdırmaçı jurnalist və sabiq siyasi məhbus Merkeldən “birinci ailəyə məxsus” otellərdən birində qalıb-qalmayacağı barədə soruşub.

“Mən soruşdum ki, ölkədə müstəqil media və sağlam vətəndaş cəmiyyəti olmadan onlar avropalı vergiverənlərin hesabına həyata keçirilən meqa-layihələrin şəffaflığını necə təmin edəcəklər.”

Almaniya kansleri Angela Merkel Bakıya səfəri çərçivəsində prezident İlham Əliyevlə görüşüb,
Almaniya kansleri Angela Merkel Bakıya səfəri çərçivəsində prezident İlham Əliyevlə görüşüb,

İsmayıl Merkeli insan haqları və demokratiya məsələlərində daha ötkəm olmağa çağırdığını deyib, “çünki buradakı insanlar görməlidirlər ki, korrupsiya pulu bahasına susdurulmayan avropalı siyasətçilər var.”

“Mən jurnalist olaraq üzləşdiyimiz risklər, habelə bizi müdafiə etdiklərinə görə vəkillər kollegiyasından kənarlaşdırılan hüquqşünaslarımızın üzləşdiyi risklərdən danışdım.”

Mənim qənaətim budur ki, Merkel avtokratik rejimlərin yaratdığı məhrumiyyətləri və onların mexanizmlərini anlayır.

Jurnalist Almaniya lideri ilə söhbətdə arbitrar həbslər, anti-işgəncə mexanizmlərinin olmaması və adamların polis nəzarətində ikən öldürülməsi hallarından söz açdığını deyib.

"Mənim qənaətim budur ki, Merkel avtokratik rejimlərin yaratdığı məhrumiyyətləri və onların mexanizmlərini anlayır." İsmayıl yazıb.

Azərbaycana rəsmi səfər edən Almaniya kansleri avqustun 25-də vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.

Görüşdə araşdırmaçı jurnalist Xədicə İsmayıl, vətəndaş cəmiyyəti təmsilçiləri Şəhla İsmayıl, Əvəz Həsənov, Turgut Qəmbər iştirak edib.

XS
SM
MD
LG