Accessibility links

Xaricə səfərdə olan Respublikaçı namizəd skandalı arxada qoymağa çalışır


Prezidentliyə namizəd Mitt Romni Britaniyada səfəri zamanı doğurduğu qalmaqalı geridə qoymağa çalışır. Romninin Londonda olarkən Britaniyanın olimpiya oyunlarına hazırlığını tənqid etməsi həttta öz pərəstişkarları tərəfindən də kəskin reaksiyalarla qarşlanıb.

“Hərdən fikirləşirəm ki, bəzi amerikalılar ölkədən çıxmasalar yaxşıdır,” 10 olimpiya medalı udmuş sabiq amerikalı qaçıcı Karl Levis deyir. “Əgər ağzının danışığını bilmirsənsə, danışma!”

Londona səfəri zamanı NBC telekanalına müsahibə verən Romni olimpiya oyunlarında təhlükəsizliyin təminatı və başqa sarıdan olan problemlərdən təəccübləndiyini demişdi. Vaxtikən Salt Lake City-də Olimpiya Oyunlarını təşkil etmiş iş adamı Romninin bu iradına “dünyanın ucqar guşəsində olimpiya keçirmək asandır” deyə Britaniya baş naziri Deyvid Kameron cavab vermişdi.

Mühafizəkar şərçi Çarls Krauthammer Romninn Londondakı davranışını “inanılmaz” adlandırıb. “Romniyə bəs idi ki, heç nə deməsin. Bu, ona oxşayır ki, sadəcə 100 metrlik məsafəni qaçmaq həvalə edilmiş idmançı o biri xətdəki atleti yıxmağa qərar verir. Heç cür başa düşmürəm.”

Respublikaçı isteblişment ümid edir ki, Polşa və İsrailə səfəri zamanı Romni reputasiyasına dəyən ziyanı azalda biləcək.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG